Allah insanı alim, adil, abid etmək istəyir.
Allah insanı kərim yaratdığını buyurur.
Allah insanı xəlifətullah etməyi iradə etdiyini bəyan edir.
Bunlara çatma yolunun mərifətullah və übudiyyət olduğunu buyurur.
Bəs insanın xəlifətullah olmasını əngəlləyən nədir? Allaha qul olmasını, insan kimi insan olmasına mane olan nədir?
Şübhəsiz ən böyük əngəl “İblis” və onun istəklərinə meyl edən “nəfsdir”.
Allahın bu iradəsinin qarşısında duran İblis, özü kimi insanların da Allahın dərgahından qovulub daimi olaraq rəhmətindən məhrum qalması üçün çalışır.
Şeytan, insan oğlu yaradıldığı gündən bəri onu üsyan, günah, ilahi hökmləri pozmağa sürükləməkdən heç bir vaxt vaz keçmədi.
Əlbəttə İblis bununla kifayətlənməyib, hədəfini daha da böyüdəcəkdi, əsrlər sonra bəzi insanların Allaha qarşı durmalarını, özlərini ilah yerinə qoymasını istəməkdə və təşviq etməkdədir. İblis xidmətinə aldığı insanlar vasitəsilə bu hədəfini qloballaşdırmaq istəyir.
İndi bu ilahlıq iddiasında olan insan yeni bir dünya nizamı qurmaq istəyir, nəzarətləri əllərində olacaq “elektronik, virtual həyata keçiş” üçün yoxlamalar edir.
Elektronik, virtual, digital dünya nizamı nədən ibarətdir?
- İqtisadi təməlli bir dünya nizamı qurmaq; din mərkəzli və milli mərkəzli idarəçiliyi yox etmək, fiziki olmayan alış-veriş, virtual ticarəti böyütmək, müstəqil şirkətləri özlərinə tabe etmək.
- Bir cür yemək proqramı; yeni qida istehsalı və istehlak proqramı, özlərinin istehsal etdikləri bazara hakim olmaq, virtual sifariş sistemi qurmağı hədəfləyirlər.
- Tək təhsil sistemi; uzaqdan virtual təhsil proqramı bir sınaqdır; yönləndirmə, məlumatlandırma, nəzarət, tək tip insan yetişdirmə, 2030 təhsil proqramının hazırlıqları üçün 2020-də digital, virtual təhsilin sınağı həyata keçirilir.
- Tək mərkəzli səhiyyə sistemi; səhiyyə kriterilərini təyin etmə, xəstəliklərlə mübarizə, müalicə, dərman istehsalı və istifadəsi manapoliyasında saxlamaq, xəstələndirmək, müalicə etmək, öz nəzarətlərində və öldürmək öz səlahiyyətlərində olacaq şəkildə dizayn etmək istəyi
- Yeni tək həyat modeli tərzi; qayda və qanunlarını özlərinin təyin edəcəklərini, çip ilə nəzarətli bir yaşayış, uyğun olmayan, sistemə zidd və qaydanı pozanları sistemin xaricinə atmaqla məhv etmək planlanılır.
Göründüyü kimi günümüzdə şeytanlaşmış və özünü ilah görən insan Allaha qarşı müharibə elan etmişdir.
Bütün dünyanı hegemoniyasına almaq istəyən bu insanın tələbi:
- Humanizmi hakim qılaraq insanların bir-birindən qopmasını təmin edərək ictimailikdən individualizmə keçiş, yardımlaşma, həmrəylik, məsləhətləşmə, fikir alış-verişi, “yaxşılığa dəvət, pislikdən çəkindirmək”, “sileyi rəhmi (qohumları yad etmə)” aradan qaldırıb, sintetik,süni insan, bionik insan, robot insan yaratmaq istəyi
Allaha müharibə elan edən insan bunu necə həyata keçirmək istəyir?
Bu layihə siyasi, sosioloji, dini, psixoloji, iqtisadi yönünü açıqlamadan anlamaq çətindir.
Qlobal şoklar yaradaraq, bioloji hücumlar, iqtisadi böhranlar, qlobal səhiyyə problemləri, siyasi böhranlar, bölgə müharibələri yaradaraq insanları qlobal problemlərə inandırmaq istəyirlər.
Hollywood ssenaristlərinin və siyasi strateqlərin qurğuları praktik sınaqdan keçirilir, qlobal media da insanları buna inandırmağa yönləndirilir.
Daha sonra xilaskar olaraq meydana çıxmaq, “xilaskar” olaraq bütün ipləri əlinə keçirib hər kəsi özünə məhkum edərək; istər könüllü, istər zorla hər kəsə qəbul etdirərək özünə itaət etdirməyi planlayırlar.
Fironun etdiyi kimi, necə ki, Firon qövmünü zəiflətmiş, onların ağıllarını boşaltmış və yeni kriterilər yükləyərək “Mənəm böyük Rəbb” düşüncəsini tətbiq etmişdi.
Bu anlayışı hər kəsə eyni şəkildə aşılamaqla, beləcə insanların hamısı “mənəm rəbb” deməyə başlayacaq, özləri də “rabbul ərbab” (rəbblərin rəbbi və ya ən böyük rəbb) olacaqlar.
Bu cür insan Allaha elan etdiyi müharibədə tohidi və bütünlüklə dini qırağa ataraq dünyanın sahibi olduqlarını elan edəcəklər.
İnsanın çatacağı son (acınacaqlı) nöqtə də budur.
Özünü ilah görən bu insanın bu hədəfinə çatmasına əngəl olacaq ilahi bir layihə vardırmı?
Bir Musa Kəlimullah (s), bir İbrahim Xəlilullah (s), bir İsa Ruhullah (s) bir Məhəmməd Mustafa (s.ə) çıxıb bunlara dur deyəcəkmi?
İlahi höccətlər yer üzündə bunun üçün deyillərmi?
Elə isə zamanımızın Müncisi, Hədisi, Hidayət öndəri ilahi hədəfi həyata keçirəcək İlahi Höccəti Həzrəti Məhdinin (ə.f) qeybət pərdəsindən çıxıb zühur edəcəyi günün yaxınlaşmasına inanmaq o qədər çətindirmi?
Bəs biz nə etməliyik?
Allaha müharibə elan edən bu insanların layihələri qarşısında susmaq, onlara itaət etmək onların istədiyi kimi hərəkət etmək, onların istəklərinə boyun əymək “qədər”dirmi (alın yazısı, ilahi qədər)?
Həzrəti Məhdinin (ə.f) zühurunu gözləmək oturub miskinlər kimi ağlamaqdırmı?
Zühur üçün .şərait, mühit hazırlaya bilmiriksə, bir cəhd etmiriksə, ən azından zühuru geciktirəcək işlərdən çəkinməyimiz lazım deyilmi?