Ziya Türkyılmaz YAZARLAR
Ziya Türkyılmaz

Nifaq maskasının cırılması üçün səff/cərgələrin aydınlanması lazımdır

...və yalnız o zaman nifaq və küfr maskası cırıla biləcək.

 

ABŞ və işğalçı rejimin son zamanlar Fars Körfəzi bölgəsindəki bəzi əmriliklər ilə dırnaqarası normallaşma cəhdləri başda Fələstinin məzlum xalqı olmaqla müsəlmanlar arasında narahatlığa səbəb oldu.

 

Müsəlman xalqların bu reaksiyalarını diqqətə alan iqtidarlar, partiyalar, QHT, media qurumları, yazar-pozar-.şərhçi çevrələrin hər biri mövzuya öz baxış çərçivəsilə reaksiyalarını sərgiləmiş oldular.

 

 

Fələstin xalqının öz ölkələrindən qovulduqları, evləri tar-mar edildiyi və hər cür hücum və qətliamlara məruz qaldıqları gündən bəri İslam ölkələrinə hakim olan rejimlərin çoxu, işğalçı sionist rejimi ilə açıq və gizli əlaqələr qurmuş və bu rejimi ayaqda saxlamaq üçün hər cür yolla əməkdaşlıq etmişlər.

 

Çox uzağa getməyə ehtiyac yoxdur; İsrailin uğursuz varlığını ilk tanıyan İslam ölkəsi olan Türkiyə də bu qaydadan istisna olmayaraq bütün hökümətlərlə işğalçı rejimlə münasibətləri yaxşılaşdırma yolunu seçmişlər.

 

Bu gün BƏƏ və Bəhreyn kimi ölkəciklərin adına edilməsi istənilən şeyi, yəni Ərəb ölkələri ilə İsrail arasında zatən davam edən əlaqələri üzə çıxarılma cəhdlərini,  AKP höküməti illər öncə etmək istəmədimi? Suriya hökümətini İsrail ilə əlaqələri yaxşılaşdırma üçün şövq etmə cəhdlərinin birbaşa Prezident Ərdoğan tərəfindən başladılması unudulmamışdır.

 

Dünən etmək istəyib, bacara bilmədiyini bu gün Körfəzdəki kukla əmirliklərin etməsinə qarşı çıxılması anlaşılan deyildir. Bəlli ki, mövzu Fələstin məsələsi deyil. BƏƏ ilə başda Liviya olmaqla başqa bölgələrdəki qarşıdurmaların hesablaşmaları üçün bir bəhanədir.

 

 

1. Səudiyyə xanədanının rəhbərlik etdiyi ərəb rejimlərinin əksəriyyəti birbaşa və ya dolayı yolla ABŞ-ın nəzarəti altında hərəkət edir və öz xalqlarına qarşı rejimlərinin mövcudluğunu qorumaq üçün əvvəldən ABŞ sultanlığını qəbul etmişlər. Onların ABŞ-İsrailin cızdığı kursdan ayrılması, varlıqlarının sonu deməkdir. Fələstin davası üçün onlardan yardım və dəstək gözləmək absurddur.

 

2. ABŞ və İsrailin bölgədəki kukla rejimlərinin iş birliyi ilə başlatdığı bu son təşəbbüslər, Fələstin xalqının haqlı mübarizəsini əsla əngəlləyə bilməz.

Yetmiş ildən artıq bir müddətdə Fələstin xalqını təslim edə bilməyən İsrail və havadarları uğursuz hədəflərinə çata bilməyəcəklər.

 

3. Fələstin xalqının misilsiz müqavimətini qıra bilməyənlərin Fars körfəzindəki tağut və tağutçuqlara üz tutması əslində Fələstin davası üçün böyük bir zəfərdir. Bu son cəhdlər işğalçı rejimin uğuru kimi görünsə də, əslində zəif tərəflərini ortaya qoyur.

 

4. Fələstin xalqı və müqavimət təşkilatları bu 70 illik sərt mübarizədə heç vaxt indiki qədər vəhdət içində olmamışdılar. Hazırda xilas olmağın yeganə yolu müqavimət olduğunu  bilərək  birləşmişlər. Öz fikirlərinə və güclərinə güvənməyin, xüsusən ərəb ölkələrindəki nifaq qüvvələrinə güvənməkdənsə, yeganə həll yolu olduğu qənaətinə gəldilər.

 

5.  Fələstin davası İslam dünyasında lakmus kağızı olmağa davam edir. Fələstinlilər zaman-zaman öz həqiqi dostlarının kim olduğunu və ikiüzlü rejimlərə güvənsələr belə, məsələnin ciddiliyi ortaya çıxanda kimə etibar edəcəyini və onlarla həmrəyliyə və əməkdaşlığa hazır olduqlarını öyrənmiş oldular.

 

6. İslam dünyasının müxtəlif yerlərindəki müsəlmanlar, Fələstin davasını həqiqi dəstəkləyən və Fələstin məsələsini mənfəət vasitəsi kimi istifadə edənləri hər zamankından daha aydın görə bilirlər.

 

7. Haqq ilə batili aydın şəkildə ayırmaq üçün səff-cərgələrin aydınlaşdırılması prosesi davam edəcəkdir. Bu İlahi ənənə hal-hazırda Fələstin davası konteksində gündəmdə olsa da, bölgəmizdə və dünyada, xüsusən də Suriya, Yəmən, İraq və Livanda baş verən bütün proseslər üçün etibarlıdır. Ancaq səff-cərgələr bəlli olduqda, xalqlar kimin haqlı, kimin yalan, kim haqla kimin batillə  olduğunu müəyyənləşdirmək fürsətinə qovuşacaq və yalnız o zaman nifaq və küfr maskası cırıla biləcək.

Xəbəri paylaş

Yazarın bütün yazıları