Ziya Türkyılmaz YAZARLAR
Ziya Türkyılmaz

Fələstin üzərində yeni əlbirliklər və...

Problemin qaynağı qurumadığı vaxta qədər bölgənin, xüsusilə İslam dünyası ümumilikdə hüzur tapmayacağı dəqiqdir...

Fələstin məsələsi ortaya çıxdıqdan bəri İslam dünyasında irqçiliyə önəm verən Ərəb Birliyi və dini yönlü İslam Birliyi Təşkilatı kimi təşkilatlar və bəzi rejimlər tərəfindən bir mənfəət vasitəsi olmağa davam etmişdir.

Rejimlərin çoxu İsrail ilə əlaqə qurarkən də,  İsrail ilə əlaqədən qaçarkən də,  öz mənfəətləri üçün Fələstin məsələsinə həmişə zərbə vurmuşlar.

Fələstin işğalçısı Sionist Rejim ilə BƏƏ arasında onlarla ildir davam edən gizli və yarı gizli əlaqələrin rəsmən bir-başa əlaqəyə dönməsi, ictimailəşməsi də, buna qarşı təpkilər də bu çərçivədən dəyərləndirilməlidir.

Müxtəlif bloklar, cəbhələr, ölkələr, təşkilatlar və şəxslər mövzu ilə əlaqəli reaksiya və mövqelərini yenə özlərinin mənfəətlərinə uyğun açıqladılar.

 

Ancaq Fələstin mövzusunda reaksiya və etirazların birlikdə olmayacağı təqdirdə ciddiyət və səmimiyyətdən uzaq olacaqdır.

Başda ABŞ olmaqla Qərb ölkələri və imperialist sistemin digər öndə gələn üzvlərinin bu olayı təsdiqləmələri, dəstək çıxmaları gözlənilən idi, təəccüb doğurmadı.

Zatən beynəlxalq imperialist sistemi bütün qurum və quruluşları ilə onlarla ildir işğalçı rejimin varlığını qorumağı ən birinci vəzifələri saymaqdadır. Qərb və Qərbin şərqindəki müttəfiqləri və işbirliyində olanlar bundan sonra da eyni yolu izləyəcəklər. Bunların dedikləri və addımları bir-birinə uyğundur. İsraili dəstəkləməkdə ciddi və səmimi olduqlarını sübut etmişlər.

 

Başda İran olmaqla Müqavimət Cəbhəsi ölkələri və qurtuluş hərəkatlarının qəsbkar rejim mövzusundakı duruşu da ortadadır. Bölgə ölkələri başda olmaqla İslam dünyasının suverenliyi və izzətini öncəlik tanıyan Müqavimət Cəbhəsinin önəmli hədəflərindən biri imperialist sisteminin Qərbi Asiyadakı daimi təmsilçisi İsrailin uğursuz varlığından doğan işlərlə mübarizədir. Bölgə xaricindən gələn güclərin və qəsbkar İsrailin işğal və cinayətləri davam etdiyi müddətdə bu mübarizə davam edəcəkdir.

Problemin qaynağı qurumadığı vaxta qədər bölgənin, xüsusilə İslam dünyası ümumilikdə hüzur tapmayacağı dəqiqdir.

Son yüz il içərisində başda Qərbi Asiya və Şimali Afrika İslam sərhədləri olmaqla İslam dünyasında baş vermiş müharibə, çevriliş, daxili qarşıdurmalar və iğtişaşların səbəbləri araşdırıldıqda önəmli bir bölümünün İsrailin uğursuz varlığını təşkil etmə və davam etdirmə planı və strategiyasından qaynaqlandığı görüləcəkdir.

 

Bu planın təqibçisi olaraq bir iki Qərb ölkəsi görünsə də, bütün bir imperializm sistemi və bölgədəki işbirliyində olan rejimlər bu plana ortaqdır. İndiyə qədər bu uğursuz plana dirənən ölkələrə qarşı tətbiq olunan müharibə, embarqo, hərbi çevriliş və mühasirələr həmişə bu plana görə həyata keçirilmişdir.

Bu siyasət və strategiya günümüzdə də təxirə salınmadan, tam surətilə icra edilməkdə olub, İraq, Suriya və Yəmən başda olmaqla bölgə ölkələrinə qarşı qonşuları ilə, terror qruplaşmaları vasitəsilə davam etdirilən müharibələrin dəstəklənməsinin əsas səbəbi İsrailin varlığını qorumaq və hər cür müqaviməti əngəlləməkdir.

Səbəbləri başqa bir məqalənin mövzusu olan bu israrlı dəstək və plan İsrailin beynəlxalq imperialist sistemi baxımından nə qədər önəm ərz etdiyini göstərdiyi kimi, Fələstin məsələsini bir insanlıq böhranı olaraq təqdim edən Müqavimət Cəbhəsinin də nə qədər lazımi bir mövqe sərgilədiyi hər keçən gün daha da aydınlanır.

BƏƏ ilə İsrail arasındakı əlaqələrin ictimailəşdirilməsinə  susmaq surətilə razılıqlarını ortaya qoyan ölkələr həqiqətdə imperialist sistemin bir parçası olduqlarını elan etmiş görünürlər.

“Tərəfsizlik, gərginlikdən qaçmaq və çarəsizlik bəhanələrini” irəli sürən bu rejimlərin həqiqətdə iqtidarlarını qorumaqdan başqa hədəfləri yoxdur.

Türkiyə kimi İsrail ilə rəsmi diplomatik əlaqələrə sahib ölkələrin yarımçıq reaksiya vermələri isə müxtəlif çevrələrdə təəccüb doğurdu. Çünki İsraili daha ortaya çıxarılan gündən bəri rəsmən tanıyan ilk İslam ölkəsi olan Türkiyənin buna nə üçün və hansı motivasiya ilə etiraz etdiyi anlaşılan deyildir.

İsrail ilə 1978-ci ilində razılaşan və bu işğalçı rejimlə diplomatik əlaqələri başladan Misir isə 1994-cü ildə səssiz, gizli əlaqələrini quran İordaniya bir ziddiyətə girməmək üçün İsrailin BƏƏ ilə əlaqələrini ictimailəşdirmə mövzusunda susub bunu təsdiqləyərkən, AKP hökümətinin bu əlaqələrə qarşı gəlməsi zehinlərdə bir sıra suallar meydana gətirir.

 

Səudiyyə, Oman və Mərakeş ilə Fars Körfəzindəki şeyxliklər, əmirliklər belə işğalçı sionist rejimlə gizli və ya yarı gizli əlaqələrini ictimailəşdirməkdə tərəddüd halında olduğu halda, Türkiyə İsrail ilə başqa hər İslam ölkəsindən daha köhnə və hər tərəfli diplomatik, iqtisadi və hətta hərbi əlaqələr və işbirliyi içərisində olmaqdadır. Bütün bunlara rəğmən AKP hökümətinin bu açıqlamasını necə şərh etmək lazımdır?

Başda Ərəb ölkələri olmaqla, müxtəlif coğrafiyalarda və təbii olaraq Türkiyədə Fələstin davası iddiası ilə fəaliyyət göstərən İxvan – Müsəlman Qardaşlar qarmaqarışıq və ya daha sərt sələfi qruplar bu prosesləri necə dəyərləndirirlər görəsən?

Bir neçə Ərəb və Ərəb ölmayan İslam ölkəsi də utanaraq, utanqac bir şəkildə AKP hökümətinin açıqlamalarına bənzər reaksiya verdilər. Bu açıqlamaların ciddiyətdən səmimiyyətdən uzaq və sadəcə müsəlman xalqların başını qatmaq və media vasitəsilə təsiretmə əməliyyatı yaratmaqdan başqa bir şey edilməyəcəyi bəlli deyildimi?

Fələstin işğalçı İsrail ilə deyil də bu rejimlə rəsmi əlaqələr başladan BƏƏ ilə diplomatik əlaqələri kəsmə təhdidi isə başqa bir qarmaqarışıqlıqdır.

Məlumdur ki, açıqlamanın hədəfi İsrail ilə əlaqə qurmağa qarşı çıxmaqdan çox fərqli hədəflərə və başqa bölgələrdəki hesablaşmalarla əlaqəlidir.

Göründüyü kimi Fələstin məsələsinə baxışda dünya üzərində üç ana duruş və cinah mövcuddur: ABŞ-ın rəhbərlik etdiyi beynəxalq imperializm sistemi, İranın rəhbərlik etdiyi Müqavimət və 3-cü Ərafda qalan (Cənnət və cəhənnəm arasında, arada qalan) rejim və təşkilatlar.

Ərafdakı üçüncü qrupun bu mövqeyini uzun müddət davam edə bilməyəcəyi dəqiqdir. Çünki başda Müsəlman xalqlar olmaqla, dünya müstəzəfləri artıq bu iki ikiüzlü çevrələrin nə etmək istədiklərini çox yaxşı bilirlər.

Hər keçən gün yeni zülm və cinayətlərə məruz qalan Fələstinin məzlum və qəhrəman xalqı da artıq sözə deyil, addıma baxır və meydanlarda və ya media vasitəsilə şüar verərək “Fələstinin yanındayıq” iddiasında olanların həqiqətdə imperialist sistemlərlə eyni cərgədə olduqlarını anlamışlar.

Əslində bütün bu proseslər səf və cərgələrin aydınlanması, şəffaflaşması və məlum olması üçün həyata keçməsi lazımlı olaylardır.

Xəbəri paylaş

Yazarın bütün yazıları