Bismillah
Başda ABŞ olan Qərb İmperializmi, müttəfiqləri və kuklaları Qərbi Asiya bölgəsində son yüz ildə ilk dəfə xarizmalarının yıxıldığına, heybətlərinin, təhdidlərinin bir işə yaramadığına şahid olmaqdadırlar
Qərbin imperial sistemi bölgəmizdə və hətta beynəlxalq miqyasda artıq tək oyun qurucu olmaqdan çıxmışdır. Qərbi Asiya bölgəsində İran mərkəzli Müqavimət Cəbhəsi adında yeni bir “oyun qurucu” ortaya çıxmış, artıq sərhəd və qaydalarını ABŞ-ın təyin etdiyi dairədə hərəkət etmə dönəmi sona çatmışdır.
Bu mübarizənin sona çatdığı demək deyildir.
Bəs bu nöqtəyə necə gəlindi?
İranda İslam İnqilabının qələbə çaldığı 1979-cu ilin fevralında başlayan mübarizə, 42 il olmasına baxmayaraq sürətini itirmədən davam edir.
Önəmli bazasını itirməyin ağırısı ilə yenidən İrana qayıda bilmək və ya ən azından güclənməsinə mane törətmək məqsədilə ABŞ daxili iğtişaşlar yaratmaq, xaricdə müharibə etmək, inkişafını saxlamaq üçün çoxsahəli sanksiyalar tətbiq etmək, İranın ətrafındakı ölkələrə, xüsusən Əfqanıstan və İraqı birbaşa və ya dolayı yolla işğal edərək, qurduğu bazalarla bu ölkəni mühasirədə saxlaması da daxil olmaqla tətbiq oluna biləcək bütün üsul və metodları sınasa da, məqsədinə çata bilməmişdir.
Tak əksinə yuxarıda saydığımız sahələrin hardasa hamısında İranın oyunu öz lehinə çevirdiyi, Amerikan hücumlarını təsirsiz hala gətirdiyi və bu mübarizənin hər mərhələsindən daha güclü çıxdığı deyilə bilər.
ABŞ İslam İnqilabını məğlub etmək və ya heç olmasa İran sərhədləri daxilində saxlamaq istəsə də, bu gün göründüyü kimi, İslam İnqilabının sahəsi Aralıq dənizinə və Qırmızı dənizə yayılmışdır. Dünən dağıtmağa çalışdığı inqilabın bu gün təsir dairəsini necə daralda biləcəyinin hesablamalarını aparmaqdadır.
ABŞ-ın rəhbərlik etdiyi Qərb İmperial sistemi, onlarla bir olmayan bütün gücləri terrorçu və ya terror dəstəkçisi olaraq tanıdır. Onlara görə; İranın özü və bölgədəki müttəfiqləri bu tərifə görə ya terrorçular ya da terrorun tərəfdarlarıdır, onlar geri çəkilməli və meydanları ABŞ-a buraxmalıdırlar.
İnqilabdan öncə hər cəhətdən ABŞ-a bağlı olan İran, səkkiz illik müharibə zamanı tikanlı məftillər belə istehsal edə bilmədiyi halda, bu gün müdafiə sənayesini, tanklarını, toplarını, təyyarələrini, helikopterlərini istehsal edir. PUA və xüsusilə Avropanın mərkəzinə çatacaq uzun mənzilli kruiz və ballistik raket istehsal edəcək bir səviyyəyə çatıb. Və bu təcrübəni ölkələrini imperialistlərə və müttəfiqlərinə qarşı müdafiə edən dostlarına ötürür. Ən bariz nümunə isə Yəmən ordusunun istifadə etdiyi raketlər və PUA-lardır.
Elmi-texnoloji sahədə yerli iş gücündən istifadə edərək biotexnologiyadan nano texnologiyaya, kosmik texnologiyadan nüvə texnologiyasına qədər müasir elm və texnikanın bir çox sahələrində lider ölkələrdən birinə çevrilmişdir.
Amerika sanksiyaları adlandırılsa da, əslində ən sərt beynəlxalq sanksiyalar tərəfindən sıxışdırılan İran bu qədər mühasirəyə və zülmə təslim olmayıb və müqavimət iqtisadiyyatını təsis edərək embarqolara daha uzun müddət müqavimət göstərə biləcəyini isbat etmişdir.
Bu yaxınlarda ABŞ-İran mübarizəsində yeni bir mərhələnin şahidi oluruq. Almaniya ilə BMT-nin beş üzv ölkəsindən ibarət 5 + 1 ölkəsi və İran arasında imzalanmış HBƏP (Hərtərəfli Birgə Əməliyyat Planı) adlı nüvə anlaşmasına görə; İran 2025-ci ilə qədər nüvə proqramının əhəmiyyətli bir hissəsini - tədqiqatlar istisna olmaqla, dayandırmalı və bu tarixdən sonra fəaliyyətini tədricən və MAQATE nəzarəti altında davam etdirəcəkdi.
Bunun əvəzində başda BMT və tək tərəfli ABŞ sanksiyaları olmaqla İrana tətbiq olunan embarqolar mərhələli şəkildə ləğv olunacaqdı. BMT sanksiyaları qismən ləğv etmiş olmasına baxmayaraq, ABŞ sanksiyaları ləğv etmədiyi üçün bunun da müsbət təsiri olmamışdır.
Çünki vəd verilənlərin əksinə olaraq Obama höküməti ABŞ sanksiyalarını ləğv etmədiyi kimi, İrana qarşı yeni sanksiyalar tətbiq etməyə başladı. ABŞ sanksiyaları ləğv etməyincə BMT-nin sanksiyaları ləğv etməsi işə yaramadı. Çünki beynəxalq bankçılıq sisteminin ABŞ nəzarətində olması və İrandan böyük miqdarda neft satın alan və müxtəlif sahələrdə sanksiyaya məruz qalan beynəlxalq şirkətlərdə ABŞ şərikliyi olduğu üçün bütün bu böyük şirkətlər ABŞ basqı və təhdidilə İranla ticarət və işbirliyi həyata keçirə bilməyən hala gəldilər.
2017-ci ildə ABŞ-da hakimiyyətə gələn Donald Tramp hökuməti, beynəlxalq sionist dairələrin təzyiqi altında nüvə anlaşmasının Amerikanın maraqlarını qorumadığını bəhanə edərək bu anlaşmadan çıxmağa qərar verdi. Bu arada, AB ölkələri razılaşmanın şərtlərini qismən İranın xeyrinə yerinə yetirmək üçün yeni həll yolları tapacağına söz versələr də, son dörd ildə ABŞ-ın təzyiqi altında heç bir tədbir görmədilər və etmək istəmədilər.
ABŞ + AB koalisiyasına tətbiq olunan maksimum təzyiqlərin İranı təslim olmağa məcbur edəcəyini gözlədikləri üçün bəzən boş vədlərlə, gah təhdidlərlə, gah da İranı bölgədəki nüfuzunu azaltması, uzun mənzilli ballistik raketlərin istehsalına son qoymaq
kimi mövzularda danışıqlara məcbur etmək üçün gözləmə məsləhətini verdilər.
İran isə HBƏP (Hərtərəfli Birgə Əməliyyat Planı) nüvə razılığından heç bir qazanc gəlməyəcəyini görüncə üzərinə götürdüyü öhdəliklərdən mərhələli şəkildə geri addım atmağa başladı.
Uranın 3.5 faiz zənginləndirilməsi və depolama sərhədini ləğv etməsi, dərman istehsalı üçün ehtiyac olan 20 faiz uranın zənginləşdirməyə başlaması, uranın zənginləşdirilməsində istifadə olunan antifuqları işə salması, son olaraq NPT-yə arxa çevirməsi MAQATE müvəttişlərinin nüvə obyektlərinə girişini məhdudlaşdırması və s. təşəbbüsləri buna misal gətirmək olar.
Bayden höküməti isə Tramp zamanında çıxılan HBƏP-a geri dönmək istədiyini və bunun üçün İran ilə yeni müzkairələr keçirməyə hazır olduğunu təkrarlamaqdadır. İran isə ABŞ-ın tətbiq etdiyi sanksiyaları ləğv etməsilə zatən razılığıa geri dönmüş olacağını və bunun üçün müzakirələrə ehtiyac olmadığını bildirir.
İranın müzakirə istəmədiyini görən ABŞ bu dəfə də müzakirələrə mərhələli şəkildə dönə biləcəyini, razılaşmadakı öhdəliklərə ilk olaraq İran addım atmasını istəyirdi.
İran buna cavab olaraq öhdəliklərini razılıqdan dərhal sonra yerinə yetirəcəyini və başda ABŞ olmaqla Qərb ölkələrinin sözlərində durmayaraq sanksiyaları ləğv etməməsi üzündən mərhələli olaraq geri addım atdığını, bütün sanksiyaların qaldırıldığı gün yenidən bütün öhdəliklərinə geri dönəcəyini rəsmən elan etmişdir.
ABŞ və AB ölkələrinin əsl hədəfi nüvə razılığına əlavə olaraq İranın raket texnologiyasını və bölgədəki nüfuzu dedikləri Müqavimət Cəbhəsinin varlığını da müzakirələrə salmaq və İrandan yeni kompromislərə getmə istəkləridir. İran isə nə nüvə texnologiya mövzusunda yeni müzakirələr, nə də əvvəlki iki mövzunu müzakirələrə açıq olmadığını bildirərək rədd etmişdir.
İranın bu qətiyyətli mövqeyinə paralel olaraq, digər müqavimət cəbhəsi üzvləri, xüsusilə paytaxt Sənada yerləşən Yəmən hökuməti (Ənsarullah və Xalq Komitələrindən ibarət olan Milli Qurtuluş Hökuməti) ABŞ-ın danışıqlar təkliflərini rədd edərək bu ölkəyə tətbiq olunan quru, dəniz və havadan embarqo, mühasirənin ləğv edilməsi, ABŞ dəstəkli Səudiyyə koalisiyasının Yəməndən geri çəkilərək altı ildir həyata keçirdiyi dağıntıların təzminatını verməsini müzakirələrin əsas şərti qoymuşdur.
Yəmənin enrji bölgəsi olaraq bilinən Maarib əyalətinin önəmli bir hissəsini ələ keçirərək Maarib şəhərinin bir neçə km yaxınlarına qədər irəliləyən Ənsarullah və Yəmən ordusu birliklərinin şəhərə girməsinin Yəmən üçün böyük bir zəfər və işğalçılar üçün böyük bir məğlubiyyət olacağını görən ABŞ dəstəkli Səudiyyə koalisiyası hava hücumlarını çoxaltdıqca Ənsarullah da Səudiyyənin neft bazalarına raket və PUA hücumlarını artırmışdır.
Başqa bir ifadə ilə istər İran və istər Yəmən mövzusunda olsun artıq müzakirə üçün şərt qoşan tərəfin ABŞ və bölgədəki müttəfiqləri olmadığı açıq aşkar bir şəkildə elan edilmişdir. Müqavimət Cəbhəsi artıq şərt qəbul edən deyil, şərt qoyan tərəf olmuşdur.
ABŞ və ümumi olaraq Qərb İmperializmi Suriya, İraq və Livanda artıq təyinedici deyildir. İraqda təsirli çevrələrin qəfləti və bir təsadüf ilə vəzifəyə gələn Mustafa Kazimi hökümətinin ABŞ lehinə bu qədər səylərinə baxmayaraq işğalçı ABŞ gücləri hardasa hər gün İraqlı mücahidlərin hücumuna məruz qalır. Ardı-arası kəsməyən hücumlara dözməyən ABŞ hərbçiləri İraq Məclisinin aldığı qərara əsasən gec-tez İraqı tərk etmək məcburiyyətinə qalacaqdır.
Bir vaxtlar Livandakı səfirliyinin məmurlarının əmrilə hökümət qurum hökümət dəyişdirən ABŞ və Fransa indi Hizbullah divarına dəymiş halda sadəcə hökümət qurulmasını əngəlləməklə kifayətlənə bilirlər.
Suriyadakı durum isə məlumdur. Super Güc (!) ABŞ Böyük Kürdüstan projesini təqibi xaricində bu günlərdə bu ölkənin neftini oğurlamaq, işğal etdiyi bölgələrdə terrorçulara təlim vermək, nəzarətində olan düşərgələrdə saxladığı İŞİD terrorçularını ehtiyac olanda İraqa göndərməklə məşğuldur.
Xülasələşdirsək ABŞ-ın Qərbi Asiya və ya BYP (Böyük Yeni Şərq Projesi) iflasa uğramışdır. Sionist rejimin Nildən Firata xəyalları “suya düşmüş”dür.
İslam dünyasındakı bir neçə geridəqalmış kral və şeyxlə qurulan əlaqələr bu rejimin ömrünü uzatmayacaq və Fələstin mübarizəsini unutdurmayacaqdır. Çünki bölgə xalqları artıq böyük oyunu anlamış, özlərinə vasil edilən rejimlərin mahiyyətini çözmüş və hamısından önəmlisi Müqavimət Cəbhəsi artıq durmadan güclənərək və hiyləgərlərin oyunlarını pozmaq gücünə çataraq bölgə xalqlarının ümidi və dəstəkçisi durumuna gəlmişdir.