Səbahətdin Türkyılmaz YAZARLAR
Səbahətdin Türkyılmaz

İslam İnqilabının Qlobal hədəfləri

İranın dünyada xüsusilə Qərbi Asiyada hədəfi nədir? Həqiqətən İran nə etmək istəyir? Hara çatmaq istəyir?

Adil olan Allahın adı ilə

İranın dünyada xüsusilə Qərbi Asiyada hədəfi nədir? Həqiqətən İran nə etmək istəyir? Hara çatmaq istəyir? İranın məzhəbçilik etdiyi, Fars imperatorluğunu yaymaq istəyi mediada hər fürsətdə gündəmə gətirilir. İranda Fars imperatorluğunun arxasınca olanlar vardır əlbəttə. Bu hədəfdə olanlar, İslam inqilabını öz xeyirlərinə çevirmək istəyirlər.

 

Sayları nəzərə alınacaq miqdarda olmasa da bu duyğu ilə yaşayanlar vardır; keçmiş imperatorluqları ilə öyünürlər, babalarının gücü ilə təskinlik tapırlar. İranda İrançılıq edən, hakimiyyəti ələ keçirmək istəyənlər milliyətçi qruplar da var, bunları qiymətləndirməmək olmaz. Hədəfləri inqilabın əldə etdiklərini öz adlarına yazdırıb, yeni bir dönəmin başladığını vurğulayaraq Qərb ilə əlaqə içində yaşamaqdır. Qərbə şirin görünmək, nə bahasına olursa olsun onlarla dialoq və əlaqədə olmaq istəyirlər. İranda məzhəbçilik edənlər də vardır – şübhəsiz.

Höccətiyə, əxbarilər, Ğülat kimi cərəyanlar tarixdə olduğu kimi günümüzdə də Şiə içində özlərini gizlətməyə müvəffəq olmuşlardır; güc əldə etdiklərində səsləri çıxan, təhlükə görən zaman özlərini kamuflyaj edə bilən bir zümrədir bunlar, özlərindən başqasını görməzlər, özlərini haqq mehvəri bilərlər. İranda ayrı bir kəsim də vardır ki, inqilabçı – vilayətçi cizgidə olanlar olaraq tanınırlar.

Bunlar inqilabın həqiqi sahibi və qoruyucularıdır. İslam inqilabı ilə birlikdə əsil hədəflərini elan edərək, üzərlərinə götürdükləri missiyanı heç kəsdən gizlətməyərək dünyaya qarşı durmaqdan çəkinməzlər. Hədəfləri Peyğəmbərlərin misarı olan din mədəniyyətini dünya üzərində hakim qılmaqdır.

Zülm və imperializmə qarşı müstəzəflərin mübarizəsini müdafiə edən bu zümrə Muhəmmədi İslamı duruşları ilə dünyanın bütün əzilmiş müsəlman və müstəzəflərinin oyanışını istəməkdə, gözləməkdə və bunla şərait hazırlamağa çalışmaqdadırlar.

 

Başda İmam Xomeyni olmaqla, inqilabın həqiqi sahibləri məzhəbçilik və milliyətçiliyi qəbul etmədiklərindən nə fars imperatorluğunun yolundadırlar, nə İran milliyətçiliyini müdafiə edərlər, nə də mürtəci, quru və tənha Şiəliyi mənimsəyərlər.

 

İmam Xomeyni “2500 illik imperatorluğu yıxdıq” deyərkən İran coğrafiyasında qurulmuş  bütün imperatorluqların yıxıldığını elan edir və “bəziləri İslamı İran üçün istəyirlər, amma mən İranı İslam üçün istəyirəm” deyərkən milliyətçi və məzhəbçilərə lazımi cavabı verirdi.

Bu son qrupdakılar özlərini peyğəmbərlərin varisi gördüklərindən Şiə-Sünni, Ərəb-Əcəm, Afrikalı-Asiyalı arasında fərq görməyərək “Muhəmmədi İslamın” yolundadırlar və hədəfləri budur. Sünni-Şiə qardaşlığına vurğu edib İslam vəhdətini müdafiə etmələrindəki səbəb də budur.

Bunlar fədakarlıqları, şəhadətləri, müqavimətlərilə bu gün tağutlara qarşı müqavimət cəbhəsini yaratmağa müvəffəq olanlardır. Müstəkbirlərin müsəlmanlar arasındakı məzhəbçi təfriqə və fitnə planlarını deşifrə etdilər. Muhəmmədi İslamın qarşısına əvvəlcə liberal müsəlmanlar, daha sonra da təkfirçilər vasitəsilə çıxarılan amerikan İslamı dünyaya tanıtdılar. Bütün bunların bir cavabı olduğunu anlayırlar, istikbarın qarşısında dik durdular; Fələstində, İraqda, Livanda, Suriyada, Yəməndə xalqları oyandırdılar. Vilayət cizgisindəki inqilabçılar bu bölgələrdə yüksək rütbəli komandirlərini belə şəhid verməkdən çəkinmədi və heç kəsdən qorxmadılar. Bunu dərk etməyənlər və ya həzm etməyənlər İranı milliyətçilik və Şiəçilik ilə ittiham edirlər.

Unudulmamalıdır ki, məzhəbçilik və milliyətçilik etdiyi anda İranın müstəkbirlərlə heç bir fərqi olmaz və İlahi təqdirə görə, uduzmağa məhkum olar. Zatən heç kəsin anlatmasına, tanıtmasına lüzum qalmadan xalqlar da bu durumda İrana nifrət edərlər. Eynilə digər məzhəbçilərə, milliyətçilərə və Qərb imperializminin günümüzdəki əlaltılarına nifrət etdikləri kimi.

İslam inqilabını bu şəkildə oxumanın ən doğru şərh olacağını düşünürük:

  1. İranda İslami inqilabı həyata keçirmək üçün atılmış ilk addımdır; İrana müsəllət olmuş tağutu devirərək zalimlərin zülmünə son vermək, istismarın qarşısında durmaq, qorxu imperatorluğunu yıxmaq, imperial gücün məğlub edilməsini ortaya qoymaq idi ilk hədəf. Bundan sonra inqilab ruhu yaşadılmalıdır ki, inqilabı başqa bölgələrə ixrac etmək mümkün olsun, müstəzəflərin ümid qaynağı olmağa davam etsin, bölgə inqilabları gerçəkləşsin, müsəlman və müstəzəf xalqlar oyansın. Günümüzdə “İnqilab bitti və ya İmam Xomeyninin xəttindən ayrıldılar” deyə düşünənlər inqilabı tanımadıqlarına görə, belə bir fikrə düşməkdədirlər. İnqilab canlı tutulmalı, inqilab ruhu diri tutulmalıdır; tağutlara qarşı dik duruş, şəhadət, qiyam ruhu qorunmalıdır. İmam Xomeyninin “İslam inqilabını bütün dünyaya ixrac edəcəyik” sözü bu həqiqəti bəyan edirdi.
  2. İslam höküməti – dövləti qurmaq ikinci addımdır; inqilab edib tağutu devirdikdən sonra ikinci mərhələ başlayırdı; İslam cumhuriyyəti qurmaq, ilahi hökmləri icra etmək, əhkamı ictimai həyatda praktik olaraq həyata keçirmək, sosial ədaləti təmin etmək, İslam dövləti modelini müdafiə etmək, siyasi İslam doktrinini praktikada istifadə edərək dini idarəetməni hakim etmək, İslam hüququna söykənən İslam dövlət modelini İslam ümmətinə tanıtmaq üçün bir model təqdim etmək. Müsəlman və müstəzəflərə haqlarını geri alacaq ədalətə dayanan bir dövlət modeli varlığını, Qərb imperal və müstəmləkə sistemlərinə məhkum olmadıqlarını bildirmək.
  3. “İslam cəmiyyəti qurmaq” əsil hədəfə götürəcək son addımdır. İslam hüququnu icra edcək İslam dövlətini qurduqdan sonra din mədəniyyətini hakim qılmaq, nümunə cəmiyyət qurmaq, nümunə insan yetişdirmək, ümumbəşəri ədalət dövlətinə zəmin yaratmaq hədəfə çatmaq üçün son addım olacaqdır. İmam Xomeyni “Bizim inqilabımızın hədəfi ümumbəşəri ədalət dövlətini quracaq İmam Məhdi (ə.f) inqilabına şərait hazırlamaqdır.” Deyərkən tam olaraq bunu nəzərdə tuturdu.

Ayətullah Xamenei sonuncu vəhdət həftəsi konfransında “Yeni İslam mədəniyyəti yaradılmalıdır” deyərkən bu nöqtəyə işarə edirdi. İslam inqilabı bu üç mərhələdə incələndikdən sonra İslami İranın hədəfi daha yaxşı anlaşılacaqdır. Sadəcə İslam respublikasını qorumaq son hədəf olmamalıdır; höküməti, iqtidarı qorumaq üçün imperial güclərə güzəştə getmək, onlarla razılaşma yoluna girmək şeytanla masaya oturmaqdır.  Status-kvoizm, mövcud vəziyyəti qorumaq passivlikə gətirir, son məqsəddən uzaqlaşmaya səbəb olur. İmamın xəttindən çıxmaq inqilabi ruhdan çıxmaqla başlayar.

 İranın dünyada və regionda uğur qazanmasının sirri aşağıdakı məqsədlərdədir: - Coğrafiya, irq, milliyət  fərqi qoymadan bütün xalqlar üçün İslamın ümumbəşəri dəyərlərinin istənilməsi, - Əvvəldən İmperial güclərə qarşı barışmaz və dik duruş gərgiləməsi., - Müsəlmanların və məzlumların problemlərindən narahat olması, xalqlara əl uzatması, Qərbin istismar sistemləri qarşısında İslam siyasi doktrinasını ortaya qoyması, hədəfinin İran üçün deyil, müsəlmanların və məzlumların oyanıb haqqlarını tələb etməsi olması, İranın dünyada müsəlman və məzlum xalqların qəlbində yer almasını təmin etdi.

Bir sözlə, İranın gördüyü iş məzlumların zalımlara qarşı qiyam etmələri üçün mühit hazırlamaq və dünya miqyasında ədalət tələb etməkdir.

Xəbəri paylaş

Yazarın bütün yazıları