Səbahətdin Türkyılmaz YAZARLAR
Səbahətdin Türkyılmaz

Ayətullah Xamenei və İnqilabın ikinci 40 ili

Ayətullah Xameneinin inqilabın ikinci 40 ili haqqındakı mesajını idrak edə bilmək üçün birinci qırx ilini düzgün dəyərləndirmək lazımdır.

Ayətullah Xameneinin ikinci 40 il bəyannaməsi sadəcə İran xalqı üçün deyil, İslam İnqilabının yanında olan hər kəsin diqqətlə oxuyub düşünməsi lazım olan bir manifestdir.

İnqilabın mahiyyəti

42 il əvvəl Dünya, ideologiyaların müharibəsinə şahidlik edirdi. Firon və Nəmrud düşüncəsilə sistemləşmiş düşüncə cəmiyyətlərin bu ideologiyaları öz iradələri ilə seçmələri üçün düşünülmüşdü. Çünki başqa bir seçim də yox idi. Nəmrud və Firon mövcud deyildi, lakin düşüncələri sistemləşdirildi və xalq bunu qəbul etmişdi.

İslam inqilabı bəşər tarixinin ən həssas dövründə baş verdi. İstər müsəlman, istərsə də qeyri-müsəlman insan cəmiyyətləri, şərq və qərb blokları adlanan iki imperiya gücünün məngənəsində qalmışdılar. Ya Sovetlərin rəhbərlik etdiyi şərq imperiya gücünün əsirliyində idilər, ya da Amerikanın rəhbərlik etdiyi qərb bloku tərəfindən zəncirə vurulmuşdular.

Bir cəmiyyətin seçməsi üçün üçüncü bir seçim yox idi. İki paradiqma dünyaya hakim idi; Bütün cəmiyyətlər ya şərq blokunun yanında şərq paradiqmasını, SOSİALİZMİ seçəcək, ya da qərb paradiqmasını, KAPİTALİZMİ seçərək Qərbə əsir olacaqdılar.

Yalnız siyasi deyil, həm də iqtisadi, mədəni, hüquq, etika, elm, təhsil, texnologiya, dünyagörüşü ... bütün sahələrdə qanunlar və qaydalar bu paradiqmalara uyğun şəkildə formalaşdırılmaqdaydı.

Dünyada hakim olan bu atmosferdə İslam inqilabı baş verir. İlk əvvəl digər inqilablardan çox fərqlənmirdi, digər inqilablar kimi mövcud bir diktator rejiminin əvəzinə fərqli bir hökumət sistemi, fərqli bir iqtidar inqilabı kimi düşünülürdü.

İmam Xomeyni (r.a) inqilabın hədəflərini, əsaslarını və söylədiklərini elan etdikdə, İslam inqilabının yalnız Şah sistemini devirmək və yeni bir siyasi sistem qurmaq olmadığı anlaşılırdı.

Artıq İslam inqilabının İrana xas olmadığını, bu bölgə ilə məhdudlaşmadığı, məhdud milli dəyərlərə sahib bir inqilabdan daha çox qlobal bir mesaj olduğu üzə çıxdı.

İnqilabın fikir və şüarları ümumbəşəri dəyərləri özündə cəmləşdirdi və sərhədlərini aşdı. Dünya xalqlarına çatmaq onları oyatmağı planlaşdırırdı.

Xülasələşdirsək; İslam İnqilabı 3-cü bir paradiqma üzə çıxarmışdı. Dünya siyasi ədəbiyyatına yeni bir paradiqma daxil olmuşdu. İslam İnqilabının kimliyini bu paradiqma təşkil edirdi. İslam Dövləti və “Vilayəti Fəqih” adında siyasi mədəni, iqtisadi, əxlaqi, hüquqi elm-təhsil – yəni insan həyatının bütün hissələrində dini təlimlərlə şəkilləndirəcək, dəyişdirəcək, idarə edəcək alternativ bir sistem olaraq üzə çıxmışdı.

Əlbəttə dünyaya hakim imperial paradiqmalar bunu həzm etmələri mümkün deyildi.

Bir birinə düşmən kimi görünən, Ustad Şəhid Mütəhərrinin “qərb və şərq qayçının iki ağzı kimidir” olaraq tanıtdığı bu iki paradiqmanın qarşısına yeni bir paradiqma çıxmışdı. Birinin muzeyə qoyduğu, digərinin əmri altına alıb istismar etdiyi Din paradiqması.

Qərb və şərq hər iki imperial gücü narahat edən də bu idi. Buna görə, daxili və xarici müharibələr inqilabı yıxmaq cəhdi, embarqolar, təzyiqlər, terror aktları, hamısı bu inqilab – din paradiqması dünyaya tanıdılmasın deyə həyata keçirilirdi.

 

 İslam İnqilabının ilk 40 ili

Birinci qırx ili analiz etmədən İslam inqilabının ikinci qırx ilini anlamaq mümkün deyil; Güc, zəif nöqtələr, nələr edə bildikləri, nələr edə bilmədikləri, keçdikləri yol, keçdikləri müddət, yaşadıqları çətinliklər və gəldikləri mərhələ bilinməlidir.

İslam inqilabı, bir tərəfdən müstəkbir güclərin saxtakarlıqlarına və düşmənçiliyinə qarşı mübarizə apararkən özünü dünya xalqlarına tanıtmalı və onların qəlblərinə yol tapmalı idi.

İslam İnqilabının digər inqilablar kimi olmadığını İnqilabın ümumbəşəri dəyərlərə sahib olduğunu duyurmalı idi.

Bir tərəfdən də dünya müstəzəflərinin dərdlərilə dərdlənib onların problemlərilə məşğul olmalıydı. Müsəlman və məzlum xalqları oyandırmaq zalim və tağutlara qarşı mübarizəni öyrətməliydi.

 

İlk qırx il İslam inqilabının xəttinə oturması, müstəkbir güclərə özünü qəbul etdirməsi və İslam hökümətinin qurulma mərhələsi və proseslərini tamamlamaqla keçmişdir.

İslam inqilabını digər inqilablardan ayıran özəllik budur;

Digər inqilablar ya siyasi inqilabdır, ya iqtisadi inqilabdır, və ya mədəni bir inqilabdır, eyni paradiqma içində fərqli düşüncələrin bir birinə qarşı həyata keçirdiyi bir inqilan, bir doktrin, digər bir doktrinə qalib gəlməsidir. İslam inqilabı isə bir paradiqmanı devirib, yeni bir paradiqma təqdim edən bir inqilabdır.

 

İnqilabın gətirdiyi paradiqmanın həqiqəti tanınmazsa, dünyada həyata keçirildiyi dəyişiklik, insanlıq tarixinin seyrinin dəyişməsindəki rolu bilinməzsə, nə birinci 40 il, nə də ikinci 40 ilində edilmək istənən şeylər idrak oluna bilməz.

 

İnqilabın ikinci 40 ili

İslam inqilabını digər inqilablardan ayıran özəlliklərdən biri beş hissədən təşkil olmasıdır. Ayətullah Xamenei dəfələrlə bu nöqtəyə işarə etmiş və inqilabın mərhələlərini belə açıqlamışdı:

İslam inqilabının mərhələləri

İslam İnqilabının hər mərhələsi bir prosesdir.

  1. İslam inqilabını həyata keçirmək; yəni ictimaiyyətdə hakim sistemi dəyişdirmək
  2. İslam hökümətini qurmaq; ölkədə idarə mexanizmi, idarə mexanizmini təşkil etmək
  3. İslam dövlətini təşkil etmək, hədəfə çatmaq üçün istənilən rejimi təşkil etmək
  4. İslam cəmiyyətini təşkil etmək, İslam inancı və dəyərləri çərçivəsində cəmiyyəti yetişdirmək
  5. İslam mədəniyyətini hakim qılmaq, ideal İslam mədəniyyətini tamamilə hakim etməkdir.

 

Hədəf Həzrət Mehdi (ə.f( inqilabına zəmin hazırlamaq olduğu əsla unudulmamalıdır. Bu müqəddəs hədəf unudularsa və ya bu hədəf başqa bir hədəfə dəyişilərsə vəyaxud bu hədəf məsləhət gərəyi üstü örtülür və bəzi yoldan çıxmalar meydana gələrsə, İslam inqilabı gəldiyi mərhələdən bir addım qabağa gedə bilməz.

Status-kvoçu olur, yəni mövcud olanı qorumaq digər paradiqma ilə ayaqlaşmaq məcburiyyətində qalır.

Bu müqəddəs hədəfə çatmaq üçün iki mərhələ arxada qaldı, yəni

1. –İslam inqilabı və

2. – İslam höküməti geridə qaldı və miras olaraq buraxıldı.

Bu miras yaxşı dəyərləndirilib nəhayət hədəfə çatması üçün digər mərhələlərin sərmayəsi olaraq istifadə edilməlidir.

 

İkinci 40 ilin başlanğıc nöqtəsi

İslam inqilabının ikinci 40 ilinin başlanğıcı İslam dövləti mərhələsinə çatmasıdır. “İslam dövləti” olma İslam inqilabının 3-cü mərhələsidir.

İslam dövləti nə deməkdir? İslam dövləti qurum və quruluşların İslami konstutusiya ilə strukturlaşdırılmış, hökümətlərin dəyişməsilə, idarəçilərin dəyişməsilə dəyişməyən sağlam bir özəyə sahib olan bir sistemdir.

 

 

Cəmiyyətin güvəndiyi, gələcəyindən narahat olmadığı, problemləri çözəcəyinə inandığı sistemdir. İslam dövləti sosial və insani elmlərin Quran və Nəbəvi sünnət qaynaqlı olmasını təmin etməkdədir. Qərb sosial elmlərinin təlimlərilə İslam cəmiyyətini idarə etmək bir paradoksdur. Ayrı bir ifadə ilə hələ İslam dövləti təşkil edilməmişdir deməkdir.

a)    Ümumbəşəri diskursları tətbiq etmək; ədalət, azadlıq, izzət, kəramət, əmniyyət, rəfah, ilahi və insani dəyərləri hakim qılmaq

b)    İslam təlimlərinin kölgəsində ümumbəşəri diskursların elmi və əqli düşüncələrini üzə çıxarmaq

c)    İlahi təlimlərin fərdi ibadətlərin, məsuliyyətlərlə birlikdə insanın ictimai və qlobal həyatındakı rolu və təsirinin bəyan edilməsi

d)    Siyasi sahədə bir yenilik gətirib, siyasətdə dini paradiqmanı ortaya qoyduğu kimi, sosial sahələrdə də dini paradiqmanı önə çıxara bilməli, nəticələrini təqdim etməlidir (ortaya qoymalıdır).

İslam inqilabının ikinci 40 ilində həyatın müxtəlif sahələrini maraqlandıran mövzularda dünyaya təqdim edəcəyi doktrinlərinin olması lazımdır. Qərb bəşəri paradiqmanın hər sahədə doktrinləri olduğu kimi.

Bunlar ancaq İslam dövləti qurularsa, həyata keçərsə (mümkün olar).

Son söz olaraq (bildirim ki,) İnqilabın ikinci 40-cı ilində ediləcək  ilk iş “İslam dövləti”ni yaratmaq olacaq.

 

Xəbəri paylaş

Yazarın bütün yazıları