İşğalçı ABŞ 10 ildən sonra Suriyadakı iki qərargahını boşaldıb

İşğalçı ABŞ 10 ildən sonra Suriyadakı iki qərargahını boşaldıb

İşğalçı Amerika hərbçiləri Suriyanın şimalında 2015-ci ildən bəri qurduqları bazaları boşaltır.

Az.rasthaber.com xəbər verir ki, ABŞ ordusu 2017-ci ildə Koalisiya daxilində əsas qərargah kimi istifadə etməyə başladığı El Koniko və Hak El-Ömər bazalarını tamamilə boşaldıb və dünən günortadan sonra Həsəkəyə geri çəkib. Həsəkəyə köçürülən əsgərlər daha sonra Əl Qaim sərhəd qapısından İraqa keçiblər.

Qeyd olunub ki, gün ərzində 50-dən çox yük maşını İraqa keçib.

Yük helikopterlərinin hər iki bazadan təchizat və əsgər daşıdığı Deyr əz-Zor və Rakkada Amerika hərbi ünsürlərinin qalmadığı qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR