Quldurluğun Strateji Kontekstləri

8 Dəq Oxuma Müddəti

ABŞ Prezidenti Donald Trampın qarşı tərəflərə “Yox artıq, həyasız” dedirdən diktələrini tamamilə onun narsist təkəbbürü ilə bağlamaq problemi sadələşdirir.

Soyqırımçı Epşteyn Koalisiyasının İran müharibəsi yanlış hesablamalar üzündən məğlubiyyətə uğrasa da, arxa planda bir çox strateji hədəf dayanırdı.

İsrailin Trampı bu müharibəyə sürüklədiyi gerçəyi bir qədər Amerika imperializminin özünü yeniləmə və yenidən möhkəmləndirmə axtarışlarını kölgədə qoydu. Bir tərəfdən müharibənin elan edilmiş hədəfinə çatılmaması Amerika-İsrail ikilisinin tarazlığını daha da pozdu. Artan ziddiyyətli çıxışlarda bunun payı var.

Hətta iş elə bir nöqtəyə çatdı ki, İrana qarşı müharibəyə qayıtmaq təhdidləri tükəndirici təsir yaradarkən ABŞ-ni çıxılmaz vəziyyətdən qurtarmaq üçün vasitəçilik edən müttəfiqlər də zorakılıqlardan öz payını alır. Yenə də nəzarətdən çıxan aqressivlik ABŞ-nin hakimiyyət və nəzarət müharibəsinin impulslarını özündə ehtiva edir.

Tramp 23 mayda səkkiz ölkə lideri ilə İranla müzakirə edilən razılaşma layihəsində Amerika tərəfinin yanında yer almaları üçün görüş keçirdi.

Görüşdə Türkiyə, Pakistan, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və Bəhreyn liderləri iştirak etdilər.

Tramp bildirdi ki, İranla mümkün razılaşmanı imzalamaq üçün bu ölkələr İsraillə İbrahim Razılaşmalarını imzalamaq məcburiyyətindədir.

İlk baxışda elə görünür ki, Tramp məğlubiyyətin nəticələrini neytrallaşdırmaq üçün müharibədən təsirlənən müttəfiqlər üzərində təzyiq quraraq araya başqa bir qələbə sıxışdırmağa çalışır.

Mümkünsüzü zorlamaq, irrasional görünən və ziddiyyətli təsir bağışlayan bu tip diktələrdə ABŞ-nin öz geosiyasi gündəmi baxımından ardıcıl tərəflər ola bilər. Trampın pervasızlıqları nəticədə tikişləri partlayan hegemoniyanı yenidən qurmaq axtarışı ilə bağlıdır. İmperiya öz gələcəyində gördüyü qara buludları bu gündən dağıtmağa çalışır. İbrajiRazılaşmaları geosiyasi dizaynın mərkəzinə İsraili yerləşdirsə də, bu daha böyük strateji konseptin bir hissəsidir. Üstəlik bu, davamlılığı olan partiyalarüstü bir istiqamətdir.

İbrahim Razılaşmalarının geostrateji kontekstini ortaya qoyan təşəbbüs Hindistan–Yaxın Şərq–Avropa İqtisadi Dəhlizi (IMEC) layihəsi idi. Tramp 2020-ci ildə BƏƏ, Bəhreyn, Mərakeş və Sudanı İbrahim Razılaşmalarına daxil edərək başlanğıc etdi. İbrahim Razılaşmalarını reallığa çevirəcək IMEC isə Bayden dövründə layihəyə çevrildi.

Bu layihə sadəcə Hindistandan başlayıb BƏƏ, Səudiyyə Ərəbistanı və İordaniya üzərindən İsrailə bağlanan, oradan Avropaya uzanan bir ticarət xətti kimi görülə bilməz. O, birdən çox strateji təbəqəyə əsaslanır. ABŞ baxımından prioritet, Çinin 2000-ci illərdən etibarən formalaşdırdığı Kəmər və Yol Təşəbbüsünün qarşısını almaqdır. Çin inanılmaz investisiyalarla Asiya, Avropa və Afrika nəqliyyat xətləri üzərindən bir şəbəkə qurur. Bu inkişaflar Çinin qlobal yüksəlişini, ABŞ-nin isə qlobal aşınmasını təmsil edir. Çinin yaratdığı geoekonomik onurğaya qarşı IMEC dövriyyəyə buraxıldı. Çin Pakistanı mühüm çıxış nöqtələrindən birinə çevirərkən ABŞ də Hindistanı körpü dayağı kimi müəyyənləşdirdi. İsraili Yaxın Şərqdə əbədi səadət piramidasının zirvəsinə yerləşdirərkən digər ucda Hindistanı Çinə qarşı tarazlayıcı güc kimi yüksəldir.

Çünki Hindistan Çinlə müqayisə edilə biləcək əhalisi, bazar tutumu, istehsalda iştirak səviyyəsi və Hind okeanındakı mövqeyi ilə mühüm seçimdir.

Buradan Hindistanın faşist lideri ilə İsrailin soyqırımçı lideri bal ayına çıxarılır.

ABŞ son illərdə Körfəzin Çinlə ticarət və investisiya həcminin şişməsindən narahat idi.

İbrahim tam mənada həzm edilə bilməyəcək qədər sərt olduğundan, IMEC vasitəsilə Körfəzi yenidən Amerika oxuna sabitləyəcək bir alət kimi layihələndirdilər.
Amma əsas məsələ İsrailin hər şeyin mərkəzinə yerləşdirilməsi idi. İbrahim prosesinə daxil olan Körfəz ölkələrinin kapitalı ilə İsrailin texniki imkanlarını birləşdirən layihələr işə salınır. İsraili maliyyələşdirəcək nəhəng kanallar açılır. İsrailin tanınması prosesi ərəb ölkələrindən başlayaraq daha geniş coğrafiya ilə inteqrasiyanı hədəfləyir.

Lakin 7 oktyabr Əqsa Tufanı ərəblərin İsraillə normallaşma meylinə çarpdı. Növbədə gözləyən ölkələr soyqırımın kölgəsində Fələstin məsələsini məhv etmək bahasına İbrahimRazılaşmalarına daxil olmağın siyasi bədəlini gözə ala bilmədi.

Trampın Qəzza Planı İbrahim Razılaşmalarının qarşısına çıxan maneələri aradan qaldırmaq üçün hazırlanmışdı. Bu plan fələstinliləri xilas etmir; İsraili geniş coğrafiyalara daşıyacaq İbrahim qatarını yenidən relsə oturtmağı hədəfləyir.

Bu geosiyasi dizaynın tam uğuru üçün İranın da mütləq şəkildə həll edilməsi lazım idi. 12 günlük iyun müharibəsi, daha sonra 40 günlük son müharibə bu hədəflərlə aparıldı.

Tramp öz sarımtıl xəyal dünyasında bunu görür: İran çökərsə və ya oxunu dəyişərsə, xüsusilə İbrahim Razılaşmalarına qoşularsa, 4 min illik arzu gerçəyə çevrilər. Sanki belə bir ehtimal mümkündürmüş kimi, 23 may görüşündə bölgə liderlərinin İranın İbrahim prosesinə qoşulmasını məmnuniyyətlə qarşılayacaqlarını dediklərini aktardı. Xəyal ya da sayıqlama!

Suriya üzrə xüsusi nümayəndəlik vəzifəsi sona çatan Tomas Barrakın Tramp adına dediyi sözlərdə tez-tez “uyğunlaşma” ifadəsi keçirdi. Bir dəfə “Aralıq dənizindən Xəzərə qədər hamı uyğunlaşacaq” demişdi. O vaxt Hizbullahı ləğv etmə planını Livan hökumətinə qəbul etdirmək üçün Beyrutda dəridən-qabıqdan çıxırdı. IMEC-i layihələndirənlər Transqafqaziyada da Rusiyanın nəzarətində nəzərdə tutulan Zəngəzur Dəhlizini Trampın sülh və rifah yoluna çevirdilər. Həm Rusiya və İranı təcrid edən, həm də Kəmər və Yolun Xəzər bağlantısına maneə yaradan təşəbbüs kimi IMEC-in geosiyasi planlamasını şimaldan tamamlayır. Xəzər, Orta Asiya, Yaxın Şərq və Avropa oxlarında daşınmaz əmlak dəyəri yüksək olan Türkiyənin də Amerika seçimlərinə uyğunlaşma qabiliyyəti pis deyil.

Hörmüz boğazındakı tıxanma üzərinə Ankaranın Bəsrə çıxışlı İnkişaf Yolu Layihəsini sürətləndirmə axtarışı, İsrail Baş naziri Benyamin Netanyahunun Körfəzin enerji qaynaqlarını boru xətləri ilə İsrail üzərindən Aralıq dənizinə endirmə təklifi rəqabətli inteqrasiyaya işarə edir. Dəhlizlər ox müharibələrində ən mühüm uyğunlaşma vasitələridir.

IMEC tipli dəhlizlər yalnız İsrailin regional qəbulu ilə işləyə bilər. Buna görə Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər, Pakistan, Misir, İordaniya kimi ölkələrin İsraillə inteqrasiyası həm İrandakı məğlubiyyətin kompensasiyası, həm də Amerika mərkəzli yeni nizam axtarışlarının diktəsi kimi qarşımıza çıxır.

Onlar özləri də fərqindədirlər ki, İrana qarşı məcbur edilən müharibənin yaratdığı yeni asimmetrik tənlik əslində IMEC-in təhlükəsizliyini də məhv etdi. Buna görə kartları yenidən qarışdırmaq məcburiyyətindədirlər.

Təslim alınmamış bir İran Amerika düzəni üçün daha böyük çıxılmaz vəziyyət yaratdı. İranın müharibədən sonrakı düzəndə oyunqurucu potensialına xidmət edə biləcək mümkün tərəfdaşlarını da məhv etməyə çalışırlar. Bu çərçivədə Hörmüzün ortaq idarəsi üçün İranla görüşən Omanı bombalama və sanksiyalarla boğma təhdidi gecikmədi. Çünki Oman Hörmüzdə İranla ortaqlıq qurarsa, bu, Amerika patronajında bir yarıq açacaq.

Digər tərəfdən Amerika himayəsinin funksiyasızlığı və bu ortaqlığın bəladan başqa bir şey gətirməməsi qarşısında Körfəz ölkələri istiqamət böhranına girirlər. Məsələn, Pakistan ilə Səudiyyə Ərəbistanı arasındakı ortaq müdafiə razılaşması güc yolu ilə Böyük Yaxın Şərqdə tənlik qurmaq təkəbbürünün yaratdığı qorxu mühitində inkişaf etdi. Türkiyə və Misirin iştirakı ilə bu ortaqlığın genişlənəcəyinə dair perspektiv soyqırımçı oxu ciddi şəkildə narahat etdi. Netanyahunun “Şiə radikal oxuna qarşı apardığımız müharibəni sünni radikal oxuna qarşı da aparacağıq” məzmunlu təhdidləri ipin ucunu itirmə qorxusunu ortaya qoyur.

İstiqamət böhranının qarşısını almaq üçün ehtiyat strategiyalar dövriyyəyə salınır: Cavab zərbələrinə görə İranı ortaq təhdid və sabitsizlik mənbəyi kimi göstərib Körfəz-İsrail oxuna yenidən təkan verməyə çalışırlar. “Təsdiqlənməmiş oxlardan uzaq durun” deyirlər.
Zorakılığın sərhədlərini İranda gördülər. Bunun Çinin mövqeyini gücləndirdiyini anladılar. Yenə də başa düşdükləri yeganə şey güc və qoluzorluluqdur.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş