Kərbəladan Nyu-York Kürsüsünə: Həqiqətin Əyilməyən Sütunları və Müqavimətin Zülmə Qarşı Ədəbi Hayqırtısı..!

6 Dəq Oxuma Müddəti

Sarayları Sarsıdan Səslər

Tarixin axışı içərisində elə anlar vardır ki, coğrafi və zaman sərhədlərini aşaraq bəşəriyyətin vicdanında əbədi bir dönüş nöqtəsinə çevrilirlər. Hicri 61-ci ilin Məhərrəm ayında, Kərbəla səhrasının qovurucu qumları üzərində İslam tarixinin ən uca məsumu və gözəlliyi Hüseynin (ə) və yetmiş yarının mübarək qanlarının torpağa tökülməsindən sonra Kufəyə, oradan isə Şama, Yezidin əzəmətli və məğlublara qorxu salan sarayına uzanan o mübarək yolçuluq yalnız siyasi bir mübarizənin deyil, haqq ilə batilin qiyamətədək davam edəcək əzəli savaşının səhnəsi idi. Yezid ətrafını bürüyən qızıllar, qılınclar və cəlladlarla özünü mütləq qalib hesab edərkən, həmin sarayın mərmərləri üzərində iki məsum və məzlum əsir, lakin həqiqətin nəhəngləşən iradələri yüksəldi: Həzrət Zeynəbİmam Zeynəlabidin.

Həzrət Zeynəbi-Kübra Yezidin qarşısında zilləti rədd edən o əzəmətli duruşu ilə zülmün divarlarında açdığı yarıqdan bu tarixi hayqırtı ilə səslənirdi:

“Ey Yezid! Elə güman edirsən ki, yer üzünün hər tərəfini və göyün üfüqlərini bizim üzümüzə daraltdın və bizi əsir etməklə Allah yanında bizi xar və zəlil, özünü isə əziz və şərəfli etdin? Allahın bu qaydasını unutmusanmı: ‘Kafirlər onlara möhlət verməyimizi əsla özləri üçün xeyir hesab etməsinlər…’ buyurduğunu?”

Həmin an Yezidin sarayındakı zəriflik və ehtişam yerlə bir olmuş, təbəələri arasında çaşqınlıq, hətta üsyan yaranmağa başlamış, həmin an məclisdə olanların hamısını hönkür-hönkür ağlatmış və Həzrət Zeynəbin sözləri birər Zülfüqar kimi despotun taxtını sarsıtmışdı. Yanında, boynundakı dəmir buxova baxmayaraq, nəcibliyindən və müqavimətindən güzəştə getməyən İmam Zeynəlabidin isə Yezidin təkəbbürünü bu yığcam və meydan oxuyan cümlələrlə darmadağın edirdi:

“Bizə xilafət və elm, Əhli-beytdən olmağın şərəfi bəxş edilmişdir.”

Onlar ölümün qucağında belə Haqqdan başqasına boyun əyməyən o ilahi vüqarın yer üzündəki təcəssümü idilər.

Füzulinin o ölməz misraları sanki Kərbəla nəfəsli bu müqaviməti yığcam şəkildə ifadə edir:

Rûz-ı hicran qıl mübadəl rûz-ı novruzum bana,
Gecələr yarın xəyalın qıl şəb-i tarım çıraq…

(Ey fələk, hicran gününü mənə bayram et; gecələri isə yarın xəyalı ilə işıqlandır ki, zülmət qaranlıqlar həqiqətin nuru ilə sönməsin.)

Nyu-Yorkdan Yüksələn Zeynəbi Səda və Pezeşkianın Kürsüdəki Vüqarı

Əsrlər keçir, coğrafiyalar dəyişir; lakin Yezidlərin maskaları, libasları və məzlumlara biçdikləri rollar həmişə eyni qalır. Bu gün müasir sekulyar dünyanın məbədi hesab edilən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının kürsüsü dünənin Şam sarayını xatırladan hegemonluq və imperializm kürsüsünə çevrilərkən, tarixin ruhu sanki yenidən təcəlli etmişdir. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasında etdiyi çıxışlarla bu müasir fironların və Yezidlərin üzünə qarşı həqiqəti hayqıran çağdaş bir səda olmuşdur.

Pezeşkian kürsüdən dünyaya səslənərkən, Minabda məktəbdə qətlə yetirilən məsum uşaqların fotolarını göstərərək, eynilə Həzrət Zeynəb kimi xaincəsinə qətlə yetirilənlərin səsini qlobal hegemonların üzünə çırpdı:

“Siz cinayətlər və suçlar törədirsiniz, qadınları və uşaqları qətlə yetirib dağıntı və qeyri-sabitlik toxumları səpirsiniz. Ölkəmdə və bölgədə sülh və əmin-amanlıq yaratmaq adı ilə törədilən cinayət və vəhşiliklərə, uşaqların və qadınların qətlə yetirilməsinə görə siz məsuliyyət daşıyırsınız.”

“Biz terrorçu deyilik, terrorizmin qurbanlarıyıq! Məktəblərimizi, xəstəxanalarımızı bombalayanlar, on minlərlə günahsızı qətlə yetirənlər soyqırımı törədib, üstəlik bizə terrorçu deyirlər. Güc dilini və diktələri əsla qəbul etməyəcəyik; qanuni müdafiə üçün heç kimdən icazə almırıq!”

Bu nitq sadəcə diplomatik cümlələr silsiləsi deyil; Kərbəladan miras qalan o mübarək irsin XXI əsrin beynəlxalq arenasındakı qəhrəmancasına və coşqun təzahürüdür. Qlobal güc mərkəzlərinin qarşısında diz çökməyən,

“Dinc nüvə texnologiyamızdan və qürurumuzdan vaz keçməyəcəyik”

deyən bu iradə İmam Zeynəlabidinin o saraydakı boyun əyməyən ləyaqətinin günümüzdəki əksindən başqa bir şey deyil.

Ömər Xəyyamın dərvişanə, lakin üsyankar olan bu rübaisinin səsi bu duruşa necə də yaraşır:

Dünya durduqca bu çərx belə dönəcək,

Haramilərin qədəhi əlbət bir gün sönəcək.

Qorxma sən bu zülm dəryasından, ey aşiq,

Həqiqət günəşi əlbət bir gün doğacaq.

Ey Kərbəlanın solmayan gülü, ey Zeynəbin dilindəki iti qılınc! Ey əsrlərin o tayından bu günə uzanan o pak və cəsur səs! Bu gün Nyu-York salonlarında əks-səda verən hər anti-imperialist etiraz öz kökünü o səhranın ağrısından və o saraydakı meydan oxumadan alır. Batilin çoxsaylı orduları qarşısında bir ovuc həqiqət ərinin göstərdiyi o dastanvari müqavimət bu gün İranın rəhbərliyində tarixin süzgəcindən keçərək yenidən ayağa qalxır.

Hafiz Şirazinin lirik dili bu möhtəşəm müqaviməti belə taclandırır:

Səhər küləyi əssə əgər o yarın diyarından,

Virana qalmış könüllərimiz qurtular qəm-kədərindən.

Zalımların taxtı yıxılar, sarayları viran olar əlbət,

Yetər ki, enməsin bayraq o məzlumun əlindən!

Nə xoş o kəslərin halına ki, Yezidlərin sarayında Zeynəbləşənlərin cəsarətini müasir dövrün kürsülərində kuşanaraq “Əsla boyun əyməyəcəyik!” deyənlərin şərəfli yürüşünə çiyin verirlər. Həqiqət nə məğlub olar, nə də əsir düşər; o sadəcə iradənin dəmirindən əyilməz qələmi ilə tarixin səhifələrinə qızıl hərflərlə yenidən yazılar.

İndi soruşuruq: İran xalqının cəsarətinin və müqavimətinin, Kərbəladan bu yana əsrlər boyu dillərdən düşməyən bu şərəfli müqavimət mirasının günümüz dünyasındakı qlobal ədalətsizlikləri və hegemon strukturları kökündən dəyişdirə biləcək yeganə mənəvi güc olduğuna artıq inanırsınızmı? Yoxsa qlobal sionizmin intensiv təbliğatla ictimai şüurumuza zorla yeritməyə çalışdığı, məzhəbçilik və irqçilik, bölgəçilik, millətçilik, təkəbbür və mənəmlik xəstəliklərimizi də qızışdıran o yalanlarına inanıb İranı Ümmətin bir parçası kimi görməməyə davam edəcəksiniz?

Bu Xəbəri Paylaş
Şərh edilməmiş