Amerika ilə İran arasındakı düşmənçiliyin mənbəyi və onların nə uğrunda mübarizə apardıqları bilinməzsə, bu gün baş verən hadisələri təhlil etmək çətindir.
İran İslam Respublikası 50 il ərzində dünyada qlobal güc ola biləcək səviyyəyə gəlib çatıb.
Birinci mərhələdə İnqilabla öz müstəqilliyini təmin etdi; şərq və qərb supergüclərinin heç birinə söykənmədi, müstəqil və müstəsna bir dövlət oldu.
İkinci mərhələdə regional gücə çevrildi; müsəlmanların oyanışına səbəb oldu, bölgə ölkələrində təsir sahibi oldu, müqavimət cəbhəsini formalaşdırdı.
Üçüncü mərhələdə qlobal gücə çevrildi; qlobal müstəvidə imperialist güclərin qarşısında söz deyən, gündəm müəyyən edən dövlət oldu.
Amerikanın təxminən 50 ildir İrana düşmən olmasının səbəbi İslam Respublikasının Qərb imperialist güclərinin qarşısında meydan oxuması və öz müstəqilliyini elan etməsidir.
Amerika buna 50 ildir dözə bilmir. Buna görə də hansısa yolla İranı ya məhv etməyə, ya da diz çökdürüb təslim almağa çalışır.
Bunun qarşısında isə İran:
– Amerika, NATO və ərəb ölkələrinə qarşı müqavimət göstərərək müharibə aparacaq iradəyə, cəsarətə və praktikaya sahib olduğunu nümayiş etdirir.
– Qlobal hədəfi var; müdafiə və müharibə doktrinası var; məqsəd müəyyənləşdirir, strategiya və əks-strategiya hazırlayır.
– Bu gün Amerikaya və onun tərəfdarlarına qarşı mübarizə aparmaq iradəsi göstərmək dünya dövləti və qlobal güc olmaq deməkdir.
Belə bir vəziyyətdə “Eimmətül-küfr”ə qarşı müharibə, yoxsa müzakirə sualı gündəmə gəlir.
Hər iki tərəf də müzakirədən fərqli şeylər nəzərdə tutur.
– Amerika deyir: “İranın yeganə seçimi mənim müəyyən etdiyim şərtləri qəbul edib təslim olmasıdır.” Buna da müzakirə masası adını verir.
– İran isə deyir: “Mən də qlobal gücəm, sənə təslim olmuram. Heç bir ilkin şərt olmadan oturub şərtləri müzakirə edək.”
Müzakirə kimin xeyrinədir?
Müzakirə heç bir tərəfi öz məqsədinə çatdırmır.
1- Amerika məqsədinə çata bilmir; çünki İranın ona təslim olmasını istəyir, İran isə təslim olmur.
– Müzakirə apararsa, İranı təslim ala bilmədiyini göstərmiş olar.
– Müzakirə davam edərsə, bunu dünyaya izah edə bilməz.
2- İran da öz xalqına və müqavimət tərəfdarlarına cavab verə bilməz. Çünki 47 ildir öz varlığını imperialist güclərlə mübarizə üzərində qurub.
– Şəhid Rəhbərin intiqamı.
– Şəhid ailələrinin tələbləri.
– Müqavimət cəbhəsindəki dostların gözləntiləri var.
– Həm müzakirə, həm də intiqam bir araya sığmır.
– Müzakirə intiqam haqqını aradan qaldırır.
3- Hər iki tərəf də bilir ki, müzakirə ilə məqsədinə çata bilməyəcək.
– Hər iki tərəf də müharibə ilə düşməni tam məhv edə bilməyəcəyini bilir, amma müharibədən də əl çəkməyib.
– Hər iki tərəf müzakirəni bir strategiya və taktika kimi istifadə edir.
– Belə bir vəziyyətdə “strategiyalar müharibəsi” ilə məqsədə çatmağa çalışırlar.
4- Dünya, xüsusilə də Amerikanın müttəfiqləri deyirlər: Amerika niyə son zərbəni vurub işi bitirmir?
Hamı Amerikanın son zərbəni vurmasını gözləyir… daha doğrusu, son zərbəni nə vaxt vuracağını gözləyir…
Çünki:
Amerikanın məğlubedilməz olduğuna inanırlar… zərbə alar, ziyan görər, rüsvay olar, nüfuz itirər, amma məğlub olmaz deyə düşünürlər.
İranın qalib gələcəyinə inanmırlar…
Hamı İranın təslim olacağı və ya geri çəkiləcəyi günü gözləyir…
İranın arxasındakı gizli dünyəvi gücü tapmağa çalışırlar… (Çin, Rusiya, Koreya, bölgədəki müqavimət qüvvələri… çünki bunların öz gücü ilə olmadığını düşünürlər.) Qeybi yardımlara isə inanmırlar.
Məhz belə bir vəziyyətdə məqsədə çatdıracaq olanın MÜZAKİRƏ TAKTİKASI, yoxsa MÜHARİBƏNİN DAVAM ETDİRİLMƏSİ olacağını zaman göstərəcək.

