Aclıq Aksiyası Keçirən Müsəlman Birliyi Üzvləri Cəza Kamerasına Yerləşdirildi

2 Dəq Oxuma Müddəti

Aclıq aksiyası keçirən məhbuslar cəza kamerasına salınıb

Həbsdə olan 6 qadın jurnalistin və 3 dini inanclı qadının azadlığa buraxılması tələbi ilə aclıq aksiyası keçirən Müsəlman Birliyi Hərəkatının 4 üzvü cəza kamerasına salınıb.

Bu barədə hüquq müdafiəçisi Arzu Abdulla məhbusların ailələrinə istinadən sosial şəbəkə hesabında məlumat yayıb.

Sağlamlıq vəziyyətləri barədə məlumat yoxdur

Hazırda Umbakı Penitensiar Kompleksinin qapalı tipli cəza müəssisəsində saxlanılan məhbusların sağlamlıq vəziyyəti barədə məlumat almağın mümkün olmadığı bildirilib.

Aclıq aksiyasına dörd nəfər qoşulub

Məlumata görə, Müsəlman Birliyi Hərəkatının üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev və Vüqar Alıyev iyulun 11-də aclıq aksiyasına başlayıblar.

İyulun 13-də isə hərəkatın digər üzvü Elvin Zeynalov da aksiyaya qoşulub.

Həbsdə olan jurnalistlər

“AbzasMedia işi” üzrə qadın jurnalistlərin həbsi 2023-cü ilin noyabr ayından başlayıb. Bu iş çərçivəsində Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Vaqifqızı həbs olunub.

Daha sonra “Meydan TV işi” üzrə 2024-cü il dekabrın 6-da həmin media qurumunun əməkdaşları Aynur Elgünəş (Qənbərova), Aysel Umudova, Aytac Tapdıq (Əhmədova) və Xəyalə Ağayeva həbs edilib.

2025-ci ildə isə müstəqil jurnalistlər Fatimə Mövlamlı və Ülviyyə Əli (Quliyeva) da həmin iş üzrə həbs olunublar.

Dini inanclı qadınlar da həbs edilib

Məlumata görə, 2025-ci ilin avqustunda Xəzər rayonunda ehsan paylayan 6 dini inanclı qadın polis tərəfindən zorakılığa məruz qalıb və həbs olunub.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş