Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Siyonist İsrail Dövlətinin xarici işlər naziri Gideon Saarı qəbul edib.
Görüş zamanı ikitərəfli gündəliyə daxil olan məsələlərin müzakirə olunduğu bildirilib.
Azərbaycan və Siyonist İsrail arasında münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticarət, enerji, turizm, kənd təsərrüfatı, su resurslarının idarə olunması, yüksək texnologiyalar və süni intellekt sahələrində uğurlu inkişafı vurğulanıb. Həmçinin müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığın dərinləşdirilməsinə verdiyi töhfələr qeyd edilib.
Görüşdə hökumətlərarası komissiyanın fəaliyyəti də diqqətə çatdırılıb və yaxın zamanda komissiyanın növbəti iclasının keçirildiyi vurğulanıb.
Gideon Saar bildirib ki, səfəri çərçivəsində onu böyük biznes və işgüzar dairələrin nümayəndələri müşayiət edir. O, Azərbaycan-İsrail biznes-forumunun ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına töhfə verəcəyini qeyd edib. Həmçinin Azərbaycanda yəhudi icmasına dövlət səviyyəsində göstərilən qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
