İşğalçı İsrail musiqiçiləri Bakıda
Matan Shani Trio Şahin Növrəsli Festivalında çıxış edərək öz musiqi proqramını təqdim edib. Tədbir işğalçı İsrailin Azərbaycandakı səfirliyi tərəfindən xüsusi vurğulanaraq iki ölkə arasında mədəni əlaqələrin nümunəsi kimi təqdim edilməyə çalışılıb.
Mədəniyyət vasitəsilə imic təşviqi
İşğalçı İsrailin Azərbaycandakı səfirliyi yaydığı açıqlamada israilli musiqiçilərin Bakının mədəni həyatında iştirak etməsindən qürur duyduğunu iddia edib. Səfirliyin bəyanatında musiqiçilərin Azərbaycanın tanınmış sənətçiləri ilə eyni səhnəni bölüşməsinin əhəmiyyət daşıdığı qeyd olunub.
Bununla yanaşı, işğalçı İsrailin beynəlxalq arenada ciddi tənqid olunduğu bir dövrdə ölkənin mədəni tədbirlərdə fəal iştirakı bəzi dairələr tərəfindən mədəni diplomatiya və beynəlxalq imicin gücləndirilməsi cəhdi kimi qiymətləndirilir.

