Azərbaycanın investisiya göstəricilərində artım qeydə alınıb
2025-ci ilin ilk 9 ayı ərzində Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi 4 milyard 736 milyon ABŞ dollarını ötüb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 213 milyon 485 min dollar və ya 4,7 faiz çoxdur.
Mərkəzi Bankın məlumatına əsasən, hesabat dövründə Azərbaycandan xarici ölkələrin iqtisadiyyatına yönəldilən birbaşa investisiyaların həcmi isə 2 milyard 39 milyon dollar təşkil edib. Bu rəqəm ötən ilin ilk 9 ayı ilə müqayisədə 658 milyon 90 min dollar və ya 47,7 faiz artım deməkdir.
Böyük Britaniya Azərbaycana ən çox investisiya yatıran ölkədir
Statistikaya görə, 2025-ci ilin ilk 9 ayında Azərbaycana ən çox birbaşa xarici investisiya yatıran ölkə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı olub. Bu ölkədən cəlb olunan investisiyaların həcmi 1 milyard 243 milyon 118 min dollar təşkil edib. Bu göstərici Böyük Britaniyanın Azərbaycanın əsas xarici iqtisadi tərəfdaşlarından biri olaraq mövqeyini qoruduğunu təsdiqləyir.
Mütəxəssislər Böyük Britaniya kapitalının əsasən enerji, neft-qaz, maliyyə və xidmət sektorlarına yönəldiyini bildirirlər. Bu sahələrdə uzunmüddətli əməkdaşlıq iki ölkə arasında iqtisadi əlaqələrin dayanıqlı xarakter daşımasına şərait yaradır.
Azərbaycan ən çox Qatil İsrail iqtisadiyyatına yatırım edib
Azərbaycanın xaricə qoyduğu birbaşa investisiyaların coğrafiyasında isə sionist rejim birinci yerdə qərarlaşıb. Belə ki, 2025-ci ilin ilk 9 ayında sionist rejim iqtisadiyyatına 542 milyon 661 min dollar həcmində birbaşa investisiya yönəldilib. Bu göstərici Azərbaycanın xarici investisiya siyasətində sionist rejimin xüsusi yer tutduğunu göstərir.
