Rusiya prezidenti Vladimir Putin helikopter qəzası nəticəsində İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və bəzi rəsmilərin vəfatı ilə bağlı İran İslam İnqilabının Rəhbəri Ayətullah Xameneiyə başsağlığı verib.
İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei İran prezidenti Seyid İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin şəhadəti ilə bağlı başsağlığı verib.
Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS helikopter qəzasında İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Əmir Abdullahiyanın şəhadəti ilə bağlı başsağlığı mesajı yayıb.
İranda Prezident İbrahim Rəisinin faciəvi ölümü ilə əlaqədar milli matəm elan edilib.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İrana başsağlığı verib.
Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinə başsağlığı verib.
Pakistan İrana hörmət əlaməti olaraq bir günlük matəm elan edəcək.
İran Konstitusiyasına görə, prezident vəzifəsini tərk edərsə və ya vəfat edərsə, bu vəzifəni müvəqqəti olaraq birinci vitse-prezident icra edəcək.
İran prezidenti və onu müşayiət edən nümayəndə heyəti həyatını itirib.
İran dövlət televiziyası Akıncı PUA-nın helikopterin yerini aşkarlamasından sonra prezident və onun heyətini daşıyan helikopterin qalıqlarında həyat əlamətinin olmadığını açıqlayıb.