Sionist İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı son 24 saatda 83 nəfər artaraq 35 min 386 nəfərə çatıb.
Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada sionist İsrailin 225 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlar barədə məlumat verilib.
İşğalçı İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 9 qırğın törətdiyi, bu hücumlarda daha 83 fələstinlinin şəhid olduğu, 105 fələstinlinin yaralandığı bildirilib.
İşğalçı İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda şəhidlərin sayının 35 min 386-ya, yaralıların sayının isə 79 min 366-ya yüksəldiyi qeyd edilib.
Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.