HƏMAS İrana başsağlığı verib

HƏMAS İrana başsağlığı verib

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS helikopter qəzasında İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Əmir Abdullahiyanın şəhadəti ilə bağlı başsağlığı mesajı yayıb.

Az.rasthaber.com xəbər verir ki, HƏMAS mesajında İran prezidenti Seyid İbrahim Rəisi və onu müşayiət edən xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və Təbriz cümə namazı imam Ayətullah Seyid Məhəmməd Əli Əl Haşim və başqalarının şəhadəti ilə əlaqədar İrana başsağlığı verib. 

HƏMAS-ın mesajında bu helikopter qəzasında şəhid olanların şərəfli və ləyaqətli mövqeyə malik Fələstin davasında öncül olduqları vurğulanıb.

Xəbəri paylaş

VİDEOLAR