İran prezidenti İbrahim Rəisi və onunla birlikdə rəsmilərin olduğu helikopterin qəzaya uğramasından sonra İranın Ali Dini Lideri Ayətullah Seyid Əli Xamenei açıqlamasında deyib
Rasthaber Azərbaycan xəbər verir ki, İranda hərbiçilərin ailələrilə görüşdə Dini Lider prezident üçün xalqdan dua etməsini istəyib.
O deyib: “Ümid edirik ki, Allah-Taala hörmətli prezidentimiz və onun xidmətçi yoldaşllarını xalqa bağışlasın. Hər kəs onların sağlamlığı üçün dua etməlidir. İran xalqı heç vaxt narahat olmasın, ölkənin işləri pozulmadan davam etdiriləcək”.