İran Konstitusiyasına görə, prezident vəzifəsini tərk edərsə və ya vəfat edərsə, bu vəzifəni müvəqqəti olaraq birinci vitse-prezident icra edəcək.
Az.rasthaber.com xəbər verir ki, İran Konstitusiyasına görə, bundan sonra birinci vitse-prezident Məhəmməd Muxbir İran İslam İnqilab Rəhbərinin təsdiqi ilə müvəqqəti olaraq prezident vəzifəsinə keçməlidir.
Bundan əlavə, parlamentin sədri, məhkəmə hakimiyyətinin sədri və birinci vitse-prezidentdən ibarət kollegiya maksimum 50 gün ərzində yeni prezidentin seçilməsinə hazırlaşmalıdır.
Qeyd edək ki, İran prezidenti Seyid İbrahim Rəisi və onu müşayiət edən xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və Təbriz cümə namazı İmam Ayətullah Seyid Məhəmməd Əli Əl Haşim dünən helikopter qəzasında şəhid olublar.