Ziya Türkyılmaz YAZARLAR
Ziya Türkyılmaz

Elmi inhisara qarşı müqavimətin bədəli

Dr. Fəxrizadəyə çox peşakar, qarmaqarışıq və beynəlxalq bir miqyasda hazırlıq və koordinasiya ilə terror əməliyyatı həyata keçirilmişdir...

Bismillahir Rəhmanir Rəhim

İranlı alim Dr. Möhsin Fəxrizadə 27 noyabr 2020-ci ildə həyata keçirilən qarmaqarışıq bir terror hücumu ilə şəhid edildi. Birinci dərəcəli dövlət adamları kimi mühafizə olunan Dr. Fəxrizadəyə çox peşakar, qarmaqarışıq və beynəlxalq bir miqyasda hazırlıq və koordinasiya ilə terror əməliyyatı həyata keçirilmişdir.

Bu son olay, son 15 il içində iranlı alimlərə qarşı həyata keçirilən və indiyə qədər beş seçilmiş alimin şəhadətilə nəticələnən onlarla terror aktınan ilki olmadığı kimi sonuncusu da olmayacaqdır.

Bəs bu terror aktlarını kim, niyə və hansı məqsədlə etməkdədir? Hansı güclər bu terrorlardan mədət ummaqda və yararlanmaqdadır?

Bu sualların cavabı elmin və elmi şəxsiyyətlərin gücünü anlamaqda yatır.

Bu gün yer üzündə iqtisadi, hərbi, siyasi, mədəni və media sahələrində hegemonlaşmış müstəkbirlər bu güclərini elmdən alıblar. Elm sayəsində, texnoloji inkişaf sayəsində başqa millətlərə və xüsusilə də İslam dünyası üzərində üstünlük qazanmış, yer üzünə hegemoniyalarını indiyə qədər buna görə, davam edə bilmişlər. Elmi və texnoloji üstünlüklərini itirdikləri zaman iqtisadi, hərbi, siyasi, mədəniyyət və media sahələrindəki hegemonluq da sona çatacaqdır.

İki-üç yüz ildən bəri elmi başqa ölkələri işğal, millətlərin zənginliklərini istismar, mədəniyyətlərini yox etmə vasitəsi olaraq istifadə edən müstəkbir güclər, bu üstünlüklərini rahat itirmək istəmədikləri üçün elmi çalışmalar və texnoloji inkişafı öz inhisarlarında tutmağa önəm verirlər.

Kukla və asılı rejimlərin vasitəsilə bu insanların elmi inkişaflarını əngəlləmək, bacarıqlı gəncləri öz universitetlərinə çəkmək üçün maliyyə dəstəyi vermək, yetişmiş elm adamlarını bir sıra vədlərlə Qərb ölkələrinə köçmələrinə təşviq etmək və bu mövzudakı ən yayğın olanlardır.

Bu sahədə müstəkbir güclərdən müstəqil olaraq elmi fəaliyyətlər başladan və bu güclərə təslim olmayan ölkələrin başında İran gəlir.

 Elmi-texnoloji inkişaf olmadan Qərb müstəkbirləri ilə mübarizənin imkansız olduğunu anlayan İran, özünə bəzi sahələrdə prioritetlər təyin edincə “qiyamət qopdu.”

Nüvə texnologiyası İranın prioritet verdiyi elmi sahələrdən biridir. Həyata keçirilən təbliğatlarla yaradılan məhşur ictimai fikrin əksinə, nüvə texnologiyası sadəcə hərbi sahə ilə məhdud olmayıb, təmiz enerji istehsalından tutmuş, insan sağlamlığıyla yaxından əlaqəli olan dərmanların istehsalı, əkinçilik sahəsindəki inkişaflardan tutmuş, sənayenin müxtəlif sahələrinə qədər inkişafın önəmli faktorlarından və infrastrukturundan biridir.

Nüvə texnologiyası uğursuz hegemonluğu davam etmək və zəif millətləri təhdid etmək üçün daha çox hərbi sahədə ön plana çıxaran imperialist güclər halbuki iqtisadiyyatın əsas damarı olan enerji istehsalında daha çox istifadə etməkdə, insan həyatının hər sahəsində nüvə texnologiyasını xidmətlərinə daxil etmişlər.

Öz ölkələrinin stabillik və inkişafı üçün nüvə texnologiyasını hər gün daha geniş sahələrdə istifadə edən müstəkbir güclər növbə İrana gəlincə “atom bombası hazırlaya bilər” böhtanı ilə bu ölkəni nüvə texnologiyası nemətindən məhrum etmək əsas hədəfidir.

İranın bütün nüvə fəaliyyətlərini MAQATE mütəxəssisləri ilə texnik mexanizmlərlə 24 saat boyunca izləmələrinə və NPT əlavə protokolu çərçivəsində istədikləri hər mərkəzi dəfələrlə yoxlamalarına baxmayaraq yenə də bununla kifayətlənməyərək İranın dinc/mülki nüvə fəaliyyətlərini durdurmaq üçün bu sahədə fəaliyyət göstərən elm adamlarını öldürməkdən də vaz keçmirlər.

Niyə?

Çünki İran, qlobal hegemoniya sisteminə inteqrasiya olmamaqda, istismarlarına, cinayətlərinə səssiz qalmamaqda, zalimlərlə işbirliyinə getməməkdədir.

Çünki İran, başda ABŞ olan müstəkbir güclər və işbirlikçilərinin işğalları, hücumları və cinayətlərinə qarşı bölgə xalqlarına müqavimət hərəkatlarını dəstəkləməkdədir.

Çünki İran, İslam coğrafiyasının qəlbinə yerləşdirilən xərçəng  şişi İsrailin uğursuz varlığını qəbul etməməkdədir. Hegemon sisteminin şıltaq təmsilçisi bu terror rejimi ortadan qaldırılmadıqca bölgədə və yer üzündə sülh və hüzurun bərpa olmayacağını hayqırmaqdadır.

Çünki İran, ölkələri işğala məruz qalan Livan, Fələstin, Yəmən, Suriya və İraq xalqlarının yanında yer almaqda, onları hər cür dəstəkləməkdədir.

Çünki İran, Qərb imperializminin elmi-texnoloji inhisarına qarşı da dirənməkdədir. Buna uyğun olaraq elmi-texnoloji sərmayələrini, o cümlədən raket, mərmi texnologiyasını müqavimət cəbhəsində yer alan xalqların xidmətinə təqdim etməkdədir.

İnsanlıq düşmənləri sanksiyalarla, iqtisadi blokada ilə, diplomatik basqı, yalan və iftira dolu təbliğatlarla və ən çirkini terror hücumları ilə bu hərəkatın qarşısını alacaqlarını düşünür və bölgədəki dostlarına təskinlik və ruh yüksəkliyi verdiklərini güman edirlər.

İslam düşmənləri İran içində vaxtaşırı başında olan bəsirətsiz və İnqilabın dəyərlərindən uzaqlaşmış şəxs və çevrələrin kompromisə gedən rəftarlarına baxaraq səhv  nəticə çıxarmaqdadırlar.

Halbuki nə İslam coğrafiyasında bəsirətsizlərin kompromisə gedən rəftarları, nə də bölgədəki işbirlikçi kukla rejimlər 41 il öncə yüksəldilmiş inqilab bayrağını endirməkdə hegemon sistemə yardım etməyəcək.

Xəbəri paylaş

Yazarın bütün yazıları