İranın Dəməşqdəki səfirliyi fəaliyyətə başlayacaq

İranın Dəməşqdəki səfirliyi fəaliyyətə başlayacaq

İranın Suriyadakı səfiri Hüseyn Əkbəri tezliklə İranın Dəməşqdəki səfirliyinə qayıdacağını və bu səfirliyin fəaliyyətini davam etdirəcəyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri televiziyaya müsahibəsində Suriyadakı son hadisələri dəyərləndirib.

Səfir Əkbəri bildirib ki, nümayəndə heyəti Təhrir əş-Şama gəlməzdən əvvəl Dəməşq, o cümlədən İranın Dəməşqdəki səfirliyi naməlum şəxslər tərəfindən ələ keçirilib.

Suriyada baş verən hadisələr zamanı heç bir iranlının zərər görmədiyini ifadə edən Əkbəri, "Bəziləri səfirlikdə 43 milyon dollar pulumuz olduğunu iddia etdi, amma bu yalandır, 1 dollarımız belə yox idi" dedi.

Əkbəri həmçinin tezliklə İranın Dəməşq səfirliyinə qayıdacağını və bu səfirliyin fəaliyyətini davam etdirəcəyini açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR