Son günlər, xüsusilə də koronavirus pandemiyası və ya qlobal infeksiyadan sonra bəzi yazarlar, alimlər, futuristlər və ilahiyyatçılar dünyanın surətlə dəyişəcəyi və yeni bir dünyanın doğacağı ilə bağlı fikirlər irəli sürməkdədirlər.
Səhv düşündüklərini deyə bilmərik.
Həqiqətən də surətli bir dəyişiklik baş verəcəyi gözlənilir.
Ancaq dünyadakı faktların dəyişməsi yeni bir vəziyyət deyil. Dünya yaranandan dayanmadan dəyişməkdədir. Heç bir gün dünən kimi olmamışdır. Fəlsəfəçilərin dediyi kimi “axar suda iki dəfə yuyulmaz”. Çünki dünən axar su, çoxdan axıb getmişdir.
Dünyadakı dəyişikliklər də axar su kimidir, durmadan dəyişməkdədir.
Ancaq bu dəyişikliyin surəti rabitə texnologiyasının inkişafı ilə təbii olaraq artmaqda, surətlənməkdədir. Son dövrlərdəki surətli dəyişiklikləri də bu baxımdan dəyərləndirməliyik.
Yer kürəsindəki bəzi dəyişikliklər isə böyük olaylardan sonra özünü daha açıq aşkar şəkildə hiss etdirmişdir.
İslamın əvvəlindən 30-40 il sonra dünyanın üç önəmli qitəsində tarixin heç bir dövründə görünməmiş surətdə deyişiklik baş vermişdir.
Həmçinin Fransız, Bolşevik və İran İslam inqilabından sonra, birinci və ikinci dünya müharibələrindən sonra yer üzündə önəmli dəyişikliklərə şahid olmuşdur.
Tarixdəki surətli dəyişikliklərin hər biri insan həyatında fərqli sahələrdə təsir qoymuşdur. Bəzən düşüncə sahəsində (İntibah dövrü), bəzən hərbi və siyasi sahələrdə (dünya müharibələri və sonrakı dünya düzəni), bəzən iqtisadi sahədə (sənaye inqilabı və kapitalizmin doğuşu), bəzən idari-ümumi hüquq sistemlərində (krallıqların yerini seçilənlərə buraxması), bəzən də İslam İnqilabında olduğu kimi istikbar – imperializmə qarşı ilahi qanunlara dayanan yeni bir mübarizə başlatma formasında meydana gəlmişdir.
Bu misalları çoxaltmaq olar.
Diqqət edilirsə son sıralarda dəyişikliklə əlaqəli ortaya atılan fikir və ehtimallar ümumilikdə digital texnologiyanın insan həyatına buraxdığı təsirlərin radikal olacağı ətrafındadır. Son 25 ildə zatən bunun təsirlərini müşahidə edir və hiss edirik. Bu proses zamanla daha təsirli bir formada davam edəcəyinə oxşayır.
Amma dünya qurulmasından bəri dəyişən faktlarla yanaşı dəyişməyən –
sabit dəyərlər də varlığını sürdürmüş və sonuna qədər də sürdürəcəkdir.
Haqq, ədalət, azadlıq, zülm istilası və təcavüzə qarşı müqavimət, sülh, qardaşlıq və s. sabit dəyərlər əsla dəyişməmiş və dəyişən deyildir.
İqtisadi əlaqələr, ictimai nəzarət, idarəetmə sistemlərindəki dəyişiklik və s. etibarı/dəyişkən meyarların dəyişməsi keçmişdə olduğu kimi gələcəkdə də insan həyatına şübhəsiz təsir edəcəkdir. Amma bunlar insanın yaradılış hədəfini dəyişdirəcək faktorlar deyildir.
Haqqı, həqiqəti müdafiə, ictimaiyyətdə ədaləti təmin etmək, insanları azad etmək, müstəkbirlərin monopoliyasına son qoymaq, insanın ləyaqət və şərəfini qoruma və s. sahələrdəki səylər və məsuliyyətlər əsla dəyişən deyildir.
Alış-verişin digitallaşması, pul qavramının dəyişməsi, ictimai nəzarət, elm-təhsilin uzaqdan bir mərkəzdə icra olunması (e-təhsil), dövlətlər arası əlaqələrin milli və ya qlobal formaya sürüklənməsi və s. sahələrdəki proqnoz və ehtimallar ədalət, haqqaniyyət, insanın azadlığı və ləyaqətini qoruma dəyərlərinə sadiq qalmadığı təqdirdə insan həyatına müsbət yöndə təsir göstərməz və insanlığı inkişaf etdirməz.
Haqq-batil, müstəkbir – müstəzəf, zalım – məzlum mübarizəsi, bundan sonra da davam edəcəkdir.
Müstəkbirlərin özlərini başqalarından üstün səviyyədə görənlərin monopoliyası, işğal, istila, basqı, zülm və cinayətləri şübhəsiz ki, nəzərdə tutulan dəyişiklik prosesində də davam edəcəkdir.
Təbii olaraq müstəkbir cəbhənin qarşısında məzlum və müstəzəf müqavimət və müvarizəsi də yer üzündə ədalətli quruluşa qədər davam edəcəkdir.