Şovinist duyğuların qabarıq vətənsevərlik olaraq göstərildiyi, müxalif görüşlə düşmənliyin, tənqidlə xainliyin bir tutulduğu; satqınlığın, yaltaqlığın xal qazandıran ağır zamanlardan birini yaşayırıq.
Hər kəsin əmr qulu olması gözlənilən belə bir zamanda güclülərin nəsihət dinləməsini gözləmək bihudədir. Buna baxmayaraq ölkənin məsləhət və xeyirini güdmənin heç kəsin şəxsi işi olmadığı və xatırlatmağın bir vətəndaş-vətənsevərlik vəzifəsi olduğu inancı ilə hər kəsin öz fikirlərini irəli sürməsini bir vəzifə olaraq görürəm.
Mövzumuz Suriyadır...
Bu qonşu və qardaş ölkə ilə bağlı problemləri dəfələrlə köşə yazılarımda yazdım və problem davam etdikcə də yazmağa davam edəcəyik İnşallah.
Hər hansı bir mövzunu araşdırarkən, dəyərləndirərkən sadəcə tənqidi doğru hesab etmədiyim üçün ağlımın çatdığı qədər problemin həll yollarını da təqdim etməyə çalışıram.
Suriya məsələsi mövzu olduqda İsrailin varlığından tutmuş, Fələstin mübarizəsinə qədər Qərbi və Şərqilə imperialist güclərin qarmaqarışıq hesablamalarına, bölgədəki mürtəci-təkfirçi çevrələrin ağıldan uzaq addımlarına qədər onlarla mövzu ağıla gəlir. Amma bu yazıda bu mövzulardan sadəcə birini incələmək istəyirəm.
Suriyada rejim problemi var? Əgər varsa necə həll edə bilərik?
Bu sualı seçməmizin səbəbinə gəlincə, başda Prezident Ərdoğan olmaqla iqtidar çevrələrinin illərdən bəri Suriya məsələsilə yaxından maraqlanmarına və müdaxiləyə rejim problemi və rejimin davranışlarını da təməl səbəblərdən biri olaraq göstərmələridir.
İlk suala cavabımız müsbətdir. Bəli, Suriyada bir rejim problemi vardır. Bir iki ölkə xaric bütün bölgə ölkələrində olduğu kimi Suriyada da rejimin xalqın iradəsinə görə formalaşdığını heç kəs iddia edə bilməz.
Bəs Suriyada başladılan daxili müharibənin tək səbəbi rejim problemidirmi? Buna cavabımız qəti olaraq “xeyir”dir. Rejim problemi olmaqla birlikdə çıxarılan müharibənin əsil səbəbinin bu olmadığını artıq bilməyən yoxdur və hələlik bu məsələ üzərində durmayacağımızı əvvəldən bildirdik.
Çünki rejim böhranına görə, ölkələrdə müharibə çıxarmaq rejimi yıxmaq qonşu ölkələrin bir haqqı olsaydı Suriya bölgə ölkələri arasında hər halda son sıralarda yer alardı. Suriyanın - azad seçki haqqını və ölkə idarəsinə qatılmağı qəbul etməyi, vətəndaşlarının ən adi haqlarından olan inanc və ibadət haqlarını belə problem edən, sıxışdıran çox sayda krallıq, sultanlıq, əmirlik və şeyxliklərdən sonra gəldiyini məncə qəbul edərsiniz.
Deyək ki, sıra qonşumuz Suriyaya gəldi və biz də yaxşı niyyətlə yardımçı olmaq istəyirik.
Sual: Rejim böhranını həll etmək üçün necə kömək etməliydik və etməliyik?
Müxalifləri silahlandırıb daxili müharibə çıxararaqmı?
Mövcud problemli rejimi xaricdən təhdid edərəkmi?
Bölgə ilə əlaqəsi olmayan xarici güclərin ayağını bu ölkəyə açıb təzyiq zəmini yaradaraqmı?
Yoxsa ölkə içindəki fərqli çevrələr, partiyalar və fikirlər arasında vasitəçilik edərək, xalqın iradəsinə hörmət etməyə təşviq edərək, ölkə idarəsində konstutisyon dəyişikliklərə gedilməsinin lazım olduğunu xatırladaraqmı?
Şəxsiləşmiş cavab hazırdır: Xarici İşlər nazirini göndərdik və xəbərdarlıq etdik. Qəbul etmədi...
Amma hər kəs bilir ki, o səfər dostca nəsihətdən çox Qərbin təhdidlərilə dolu mesajını çatdırmaq məqsədli idi. Qaldı ki, Suriya üzərində vilayət-qəyyumluq haqqımız vardırmı ki, qəbul etməyincə cəzalandırma yolunu seçdik?
Daha öncə dəfələrlə yazdığım kimi Hörmətli Ərdoğan böhranın ilk aylarında, yəni 2012 Aprel ayında Məşhəd şəhərində Ayətullah Xamenei ilə Suriya böhranı ilə bağlı geniş görüş keçirdi. O görüşdə İran tərəfi açıq bir şəkildə; “Suriya böhranı əgər sizin dediyiniz kimi rejim problemidirsə bunu əl-ələ verib həll edə bilərik və müxaliflərin də iqtidara qatılması üçün lazımi dəyişikliklər üçün kömək edə bilərik” deyərək İranın mövqeyini sərgiləmiş və bir şərt irəli sürmüşdü; Bölgədən xarici ölkələrin ayağı Suriyaya açılmamalıdır.
Təklif və mesaj olduqca açıq idi. Suriya höküməti də o vaxtlar yumşalma siqnalları verərək konstutusiya dəyişikliklərinə hazırlığını bildirmişdi. Amma bu dəyişikliyin xarici təzyiqlə deyil Suriya xalqı tərəfindən təbii bir proses izlənərək həyata keçirilə biləcəyini önə çəkmişdilər.
İran tərəfi hələ cavab gözləyir.
Bir neçə gün əvvəl İran Prezidenti Ruhaninin İran, Türkiyə və Suriya arasında zirvə toplantısı təklifi 2012 Aprelindəki mövqeyin dəyişmədiyinin sübutudur.
Bu təklif, “Rusiya da daxil bölgəyə yad xarici güclərsiz də Suriya böhranı həll edilə bilər”in bir mesajıdır.
O vaxt baş nazir olan Hörmətli Ərdoğan qərar vermək üçün bir həftə müddət istəyərək Məşhəddən ayrılmışdı. Proseslərdən məlumdur ki, Hörmətli Ərdoğan başqa bir yolu seçmişdi.
Keçən 8 illik qan, qətliam və sürgün dolu müddət Suriya böhranının müharibə, təhdid və blokada ilə həll edilməyəcəyini isbatladı. Buna baxmayaraq sınanmışın yenidən sınanmasının daha çox qan və düşmənçilikdən başqa heç bir şey olmayacağı dəqiqdir.
Əgər həqiqətən ölkəmiz başda olmaqla Suriyada və bütün bölgədə sülh, atəşkəs və rifah istənilirsə hər şeydən öncə xarici güclərdən ümidi kəsib bölgənin məsələlərini bölgə ölkələrilə həll etməyə çalışmalıyıq.
ABŞ, AB və Rusiya öz uğursuz maraqlarını düşünürlər. Hədəflərinə çatmadan Suriyada və bölgədə sülh və barışa razı olmayacaqlar.
ABŞ-ın mövqeyi açıqdır. Suriyadakı rejimin forması onları maraqlandırmır. Qərbin baş hədəfi öz böyüklüklərini davam etmək üçün Sionist Rejimin uğursuz varlığını qorumaqdır.
Bunun üçün də Suriyanın zəifləməsini, parçalanmasını, müqavimətinin qırılmasını istəyirlər. Bunu bacara bilmədikdə Suriyanın şimalında nələr etmədiklərini bilməyən yoxdur.
Əvvəl axırı bölgəni tərk etməyə məcbur olaraq gedəcəklər.
Rusiya Suriya hökümətinin dəvətilə bu ölkədə varlığı mövcuddursa da, öz maraqlarını həyata keçirmək prioritetləridir. Gec-tez Qərbin diş qıcadığı Müqavimət Cəbhəsilə yolları ayrılacaq və bölgəni tərk etməyə məcbur olacaq və ya məcbur ediləcəklər.
Bölgə ölkələri həqiqi müstəqilliyə və xalqın iradəsinə uyğun hökümətlərin qurulması ancaq və ancaq bölgə xalqlarının iradə və gücü ilə reallaşacaq, xarici güclərin dəstək və vədlərilə deyil.
Bölgənin aqibətini bu bölgənin sahibləri təyin edəcək və təbiətinə yad xarici ünsürləri və artıqları qəti olaraq çölə atacaqlar.
Bu prosesin tezləşməsi isə başda Türkiyə və İran olmaqla bölgə ölkələrinin əməkdaşlığı və işbirliyilə, digər müsəlman xalqları öz çətirləri altına almaqla mümkündür.
O gün uzaq deyildir.