Yəmənli yüksək səviyyəli mənbə Əl-Məyadin televiziyasına müsahibəsində vurğulayıb ki, işğal olunmuş ərazilərdəki Ben Qurion hava limanına uçuşları bərpa etməyi planlaşdıran aviaşirkətlər planlarını dəyişməli və Yəmən silahlı qüvvələrinin xəbərdarlıqlarına diqqətlə qulaq asmalıdırlar.
Ayətullah Xameneinin müşaviri deyib: "Bu söhbət və Trampın Colaniyə məftunluğu dövrün komediyalarından biridir. Amerikalıların sözləri və davranışları Marksın tarixin iki dəfə təkrarlanması barədə sözlərini xatırladır: bir dəfə faciə, ikinci dəfə isə komediya kimi."
İran Xarici İşlər Nazirliyi Ərəb Liqasının Bağdad sammitinin yekun sənədində yer alan və Fars körfəzində yerləşən üç ada — Böyük Tunb, Kiçik Tunb və Əbu Musa ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.
Prezident ABŞ-la dolayı danışıqlara toxunaraq deyib: “ABŞ ilə razılaşma əldə etmək mümkündür, lakin onun reallaşması fundamental şərt tələb edir, bu da Amerika tərəfinin təzyiq və zorakılıq yanaşmasından çəkinməsidir. Çünki biz heç bir halda zorakılığa boyun əyməyəcəyik".