İran və ABŞ arasında dolayısı danışıqların ikinci raundu zamanı Xarici İşlər Nazirliyinin mətbuat katibi ezam olunmuş jurnalistlərə bu danışıqların necə aparıldığı və qarşıdakı proses haqqında məlumat verib.
Az.rasthaber.com xəbər verir ki, İran və Amerika nümayəndə heyətləri arasında danışıqların dolayı xarakter daşıdığını vurğulayan İsmayıl Bəqai deyib: “Təxminən bir saatdır ki, Oman səfirinin iqamətgahında İran İslam Respublikası ilə ABŞ arasında dolayı danışıqlar aparılır. Bu danışıqlar Omanın Xarici İşlər nazirinin iştirakı ilə keçiriləcək.”
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi daha sonra bildirib: “Danışıqların aparılması üsulu hələ də birinci raunddakı kimidir və iki nümayəndə heyəti ayrı-ayrı zallarda yerləşib. Bu gün Oman Xarici İşlər naziri sıx bir iş günü keçirib, davamlı olaraq iki heyət, yəni İran İslam Respublikasının Xarici İşlər naziri və Amerika tərəfi arasında mesajlar çatdırmaq üçün gedib-gəlib.”
Bəqai İran və Oman xarici işlər nazirləri arasında keçirilən görüşə toxunaraq deyib: “Dolayı danışıqlar başlamazdan əvvəl, həmişə olduğu kimi, Omanın Xarici İşlər naziri ilə görüşümüz oldu və necə davam edəcəyimizi müzakirə etdik. Müzakirələr və ya danışıqlar, birinci raund kimi, dolayı yolla Omanın vasitəçiliyi ilə aparılır.”