Ayətullah Cəvadi Amuli öz vəzifələrini yerinə yetirən möminlərin Allah dərgahındakı mükafatına toxunaraq bildirib: “Vəzifələrini yerinə yetirənlər Allahın, Həzrət Peyğəmbərin (s.ə.a) və mələklərin salavatına nail olurlar. Bu ilahi salam onları həm dünyada, həm də axirətdə nurlandırır”.
İlahi rəhmət və inayətə nail olmaq möminlərin hər zaman arzularından biri olub. Lakin Quran təlimlərinə əsasən, bəzi xüsusiyyətlər insanın bu rəhmətdən bəhrələnməsinə zəmin yaradır.
Şiə təqlid mərcəyi Böyük Ayətullah Cəvadi Amuli Hədid surəsinin təfsiri və əxlaq dərsində öz vəzifələrini dərk edən möminlərin Allah dərgahındakı məqamına işarə edərək, Allahın və mələklərin salavatını ilahi rəhmət və şəfqətin təzahürü kimi qiymətləndirib.
Vəzifələrini yerinə yetirən möminlərə Allahın və mələklərin salavatı
Allahın möminlərə salavat göndərdiyini və mələklərin də ilahi izinlə onlara salam göndərdiyini bildirən Ayətullah Cəvadi Amuli deyib:
“Allah-Təala möminlərə salavat göndərir. Onun mələkləri də Allahın izni ilə möminləri nurlandırmaq və işıqlandırmaq üçün onlara salam və salavat göndərirlər”.
Bu ilahi inayətdən bəhrələnməkdə vəzifə şüurunun rolunu vurğulayan Amuli sözlərinə belə davam edib:
“Əgər bir mömin öz vəzifələrini dərk edib yerinə yetirərsə, həm Allahın salavatına, həm Rəsulullahın salavatına, həm də mələklərin salavatına nail olar”.
Möminin dünya və axirətdəki nuru
Şiə təqlid mərcəyi ilahi salavatın möminlər üzərindəki təsirlərinə işarə edərək bildirib:
“Belə bir mömin nurlanar. O, həm dünyada nurludur, həm də axirətdə”.
Ayətullah Cəvadi Amuli bu salavatı ilahi şəfqət və rəhmətin əlaməti kimi qiymətləndirərək, həmin rəhmət və şəfqətin möminlər üçün olduğunu vurğulayıb.
Amuli həmçinin Allahı zikr etməyin əhəmiyyətinə toxunaraq deyib:
“Əgər siz Allahı yad etsəniz, Allah da sizi yad edər”.
