İslam İnqilabı Rəhbəri Ayətullah Müctəba Xamenei 3 Əsas Məsələ ilə Bağlı Mövqeyini Açıqladı

2 Dəq Oxuma Müddəti

ABŞ-la razılaşmalar barədə mövqe

İran İslam İnqilabının Ali Rəhbəri Seyid Müctəba Hüseyni Xamenei son müraciətlərində İran və ABŞ prezidentləri arasında imzalanmış razılaşmaya toxunaraq Vaşinqtonun öhdəliklərini yerinə yetirmədiyini bildirib.

Onun sözlərinə görə, baş verən hadisələr ABŞ prezidentinin imzasına etibar etməyin mümkün olmadığını bir daha göstərib. Ayətullah Seyid Müctəba Xamenei ABŞ-ı öhdəlikləri pozmaqda, güc tətbiqinə üstünlük verməkdə və etibarsız siyasət yürütməkdə ittiham edib.

ABŞ-a xəbərdarlıq edib

Ali Rəhbər çıxışında ABŞ-ın bölgədə yeni hərbi qarşıdurmaya can atdığını qeyd edərək bildirib ki, İran xalqı və müqavimət cəbhəsi belə addımlara cavab verməyə hazırdır.

Ayətullah Seyid MüctəbaXamenei qeyd edib ki, son günlər İranın cənub bölgəsində baş verən hadisələr və hərbi qüvvələrin fəaliyyəti bunun nümunələrindən biridir. O vurğulayıb ki, mümkün yeni qarşıdurma ABŞ üçün ağır nəticələr doğura bilər.

Milli birliyin qorunmasını vacib sayıb

Müraciətdə ölkə daxilində həmrəyliyin qorunmasının vacibliyinə də toxunulub.

Ayətullah Seyid Müctəba Xamenei bildirib ki, xalqın və dövlət qurumlarının vahid mövqedən çıxış etməsi İranın təhlükəsizliyi və milli maraqlarının müdafiəsi baxımından əsas şərtlərdən biridir. O, siyasi fikir ayrılıqlarının cəmiyyətin birliyinə zərər verməməsinin vacibliyini vurğulayıb.

Şəhidlərin qisası ilə bağlı açıqlama

Ali Rəhbər əvvəlki müraciətində də şəhid olan şəxslərin qanının yerdə qalmayacağını bildirib.

O qeyd edib ki, İran bu hadisələrə görə məsuliyyət daşıyan şəxslərin cavab verməsini zəruri hesab edir və bu məsələnin gələcəkdə həyata keçiriləcəyini vurğulayıb.

Bununla yanaşı, Ali rəhbər İran xalqını qarşıdakı çətinliklərdən çəkinməməyə, ölkənin müəyyən etdiyi siyasi kursu davam etdirməyə çağırıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş