Fenerbahçe və Qalatasaraydan gərgin derbidə bölünən xallar
Trendyol Super Liqanın 14-cü turunda Fənərbaxça ilə Qalatasaray Kadıköydə qarşılaşıb. Ülker Stadionunda keçirilən derbidə qonaq komanda 27-ci dəqiqədə Leroy Sanenin vurduğu qolla hesabı açıb. Sarı-lacivərtlilər isə 90+5-ci dəqiqədə Con Duranın qolu ilə qarşılıq verərək matçı 1:1 hesabı ilə başa vurub.
Bu nəticədən sonra Qalatasaray xallarını 33-ə, Fənərbaxça isə 32-ə yüksəldib.
Komandaların heyətləri
Fənərbaxça matça Ederson, Semedo, Skrinyar, Oosterwolde, Braun, Alvares, İsmayıl, Asensio, Nene, Kerem və En-Nesyri ilə çıxıb.
Qalatasaray isə Uğurcan, Davinson, Lemina, Abdülkərim, Kazımcan, Torreira, Sara, İlkay, Sane, Barış Alpər və Osimhen “11”i ilə meydana çıxıb.
İlk hissənin əsas məqamları
23-cü dəqiqədə İlkay Gündoğanın sağ cinahdan yerinə yetirdiyi cərimə zərbəsi sonrası Osimhenin baş zərbəsi az fərqlə kənara çıxıb.
27-ci dəqiqədə İlkayın ötürməsi ilə topu sağdan qəbul edən Sara cüzi fərqlə avutdan keçib.
27-ci dəqiqənin qolu: Orta sahədə topu ələ keçirən Sane cərimə meydançasına doğru irəliləyərək həm Alvaresi, həm də Skrinyarı keçib və vurduğu zərbə Oosterwoldəyə dəyərək istiqamətini dəyişib — 0:1.
41-ci dəqiqədə Fənərbaxça Semedonun ötürməsi sonrası Asensio ilə qol şansı yaradıb, lakin top kənara çıxıb.
44-cü dəqiqədə En-Nesyri iptal olunan qolla yadda qalıb. Künc zərbəsindən sonra top Skrinyardan sekinərək En-Nesyrinin qarşısına düşüb və onun zərbəsi Alvaresə toxunaraq tora gedib. Lakin VAR müdaxiləsi ilə epizod yenidən izlənib və Skrinyarın topa əllə toxunduğu müəyyən edildiyindən gol keçərsiz sayılıb.
45+4-də Asensionun cərimə meydançası önündən vurduğu güclü zərbə qapıdan az fərqlə yan keçib.
İlk hissə Qalatasarayın 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
İkinci hissə və son dəqiqələrin qolu
54-cü dəqiqədə Oosterwolde gördüyü sarı vərəqə ilə növbəti turda — RAMS Başakşehir matçında — cəzalı duruma düşüb.
Oyunun taleyini isə əlavə vaxtda vurulan qol müəyyənləşdirib. Con Duran 90+5-ci dəqiqədə dəqiq zərbə ilə tarazlığı bərpa edərək Fənərbaxçaya bir xal qazandırıb.
Qalan dəqiqələrdə tərəflər hesabı dəyişə bilməyib və derbi 1:1-lik nəticə ilə tamamlanıb.
