2026 Dünya Kubokunun Maskotları Təqdim Olundu

2 Dəq Oxuma Müddəti

2026 Dünya Kubokunun maskotları açıqlandı

FIFA gələn il ABŞ, Kanada və Meksikada keçiriləcək 2026 Dünya Kubokunun maskotlarını rəsmi olaraq təqdim edib. Turnirdə Kanada Maple adlı maral, Meksika Zayu adlı cəngəllik pişiyi (yaquar), ABŞ isə Clutch adlı ağ başlı qartalla təmsil olunacaq.

FIFA prezidenti Canni İnfantino açıqlamasında, “Maple, Zayu və Clutch Dünya Kubokunun sevincini, enerjisini və birləşdirici ruhunu əks etdirir” sözlərini deyib.

Mədəniyyətin rəmzi olan maskotlar

Maple the Moose (maral) Kanadanın bütün əyalət və bölgələrini birləşdirən, mədəniyyət və insanları bir araya gətirən səyahətin simvolu kimi təsvir olunur.

Zayu the Jaguar (cəngəllik pişiyi) isə Meksikanın cənub meşələrindən gəlir və ölkənin rəngarəng mədəniyyətini – musiqi, rəqs, mətbəx və ənənələri təcəssüm etdirir.

Clutch the Bald Eagle (ağ başlı qartal) ABŞ-ı simvolizə edir və hər mədəniyyəti, hər oyunu, hər anı coşqu ilə qucaqlayan bir obraz kimi təqdim olunur.

Sahədə də rol oynayacaqlar

Maskotlar yalnız simvolik xarakter daşımır, həm də meydanda futbolçu obrazı ilə canlandırılır. Maple qapıçı, Zayu sürəti və çevikliyi ilə hücumçu, Clutch isə orta sahədə komandanı birləşdirən oyunçu kimi seçilir.

Turnir takvimi

2026 Dünya Kubokunun açılış oyunu 11 iyun 2026-cı ildə Meksikanın paytaxtı Mexikodakı Estadio Azteca stadionunda keçiriləcək. Final qarşılaşması isə 19 iyul 2026-cı ildə ABŞ-ın Nyu Cersi ştatındakı MetLife stadionunda oynanacaq.

Bu turnirdə ilk dəfə yarımfinal oyununda “halftime show” (yarım fasilə şousu) təşkil ediləcək. Genişlənmiş format çərçivəsində isə 48 komanda ümumilikdə 104 qarşılaşmada mübarizə aparacaq.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş