İspaniya Türkiyəni darmadağın etdi
DÇ-2026 Avropa seçmə mərhələsinin növbəti oyun günündə azarkeşlər qollarla zəngin qarşılaşmalara şahidlik etdilər. Ən yadda qalan görüşlərdən biri İspaniya yığmasının Türkiyəyə qarşı keçirdiyi oyun oldu. “La Roja” rəqibini İstanbulda 6:0 hesabı ilə məğlub edərək meydan sahiblərinə ağır zərbə vurdu.
Qollardan üçü Mikel Merinoya (22, 45+1, 57) məxsus oldu. Pedri dubl etdi (6, 62), bir dəfə isə Ferran Torres (53) fərqləndi.
Almaniya ilk məğlubiyyəti unutdurdu
A qrupunda Almaniya Şimali İrlandiyanı qəbul etdi. İlk turda Slovakiyaya uduzan “mannşaft” bu dəfə səhvlərinə düzəliş edərək 3:1 hesablı qələbə qazandı. Serj Gnabri (7), Nadim Amiri (69) və Florian Virts (72) meydan sahiblərinə üç xal gətirdi.
Belçikadan Qazaxıstana 6 cavabsız qol
J qrupunda Belçika yığması öz meydanında Qazaxıstanı darmadağın etdi. Oyunda 6:0 hesabı qeydə alındı. Qollara Kevin De Brüyne (42, 84), Ceremi Doku (44, 60), Raskin (51) və Tomas Menye (87) imza atdı.
Hollandiya çətin səfər qələbəsi qazandı
G qrupunda Hollandiya Litvaniya ilə üz-üzə gəldi. Komandanın 2:0 hesablı üstünlüyünə baxmayaraq meydan sahibləri oyunu bərabərləşdirdi. Buna rəğmən, Ronald Kumanın yetirmələri sonradan həlledici qolu vuraraq 3:2 hesabı ilə qalib gəldilər. İki qola Memfis Depay (11, 63), birinə isə Kvintin Timber (33) imza atdı.
Digər oyunların nəticələri
-
Gürcüstan 3 – Bolqarıstan 0
-
Makedoniya 5 – Lixtenşteyn 0
-
Lüksemburq 0 – Slovakiya 1
-
Polşa 3 – Finlandiya 1
Bu gün saat 22:15-də daha yeddi oyun keçiriləcək. Ən çox diqqət çəkən qarşılaşmalarda İtaliya və Xorvatiya meydana çıxacaq.