ABŞ Ordusuna Ağır Zərbə: İranın Hücumlarında Yaralananların Sayı Artır

2 Dəq Oxuma Müddəti

New York Times: 12 ABŞ hərbçisi ağır yaralanıb

ABŞ-ın New York Times qəzeti adı açıqlanmayan amerikalı hərbi rəsmiyə istinadən yazıb ki, İranın bu ay İordaniya və regionun digər ölkələrində yerləşən ABŞ hərbi obyektlərinə endirdiyi raket və pilotsuz uçuş aparatları hücumları nəticəsində təxminən 12 ABŞ hərbçisi ağır yaralanıb.

Məlumata görə, yaralı hərbçilər müalicə üçün hərbi-nəqliyyat təyyarələri ilə Almaniyada yerləşən ABŞ hərbi hospitalına təxliyə olunublar.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Təxliyə uçuşları izlənilib

Qəzet qeyd edir ki, son günlər uçuşların izlənilməsi ilə məşğul olan platformalar ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-17 tipli hərbi nəqliyyat təyyarələrinin İordaniyadan Almaniyaya tibbi təxliyə reysləri həyata keçirdiyini qeydə alıb.

İyuldan bəri təxminən 100 hərbçi yaralanıb

Məlumata əsasən, ağır yaralanan 12 hərbçi iyul ayının əvvəlindən etibarən İranın hücumları nəticəsində xəsarət alan təxminən 100 ABŞ hərbçisi arasında yer alır.

ABŞ rəsmiləri bildiriblər ki, onların təxminən 50-si İordaniyada yerləşən ABŞ hərbi bazalarına son hücumlar zamanı yaralanıb.

Pentaqon isə yaralıların əksəriyyətinin artıq yenidən xidmətə qayıtdığını açıqlayıb.

Pentaqon məlumatları sonradan açıqlayıb

New York Times yazır ki, Pentaqon İordaniya və digər bölgələrdəki son itkilərlə bağlı məlumatları qəzetin araşdırması dərc edildikdən sonra açıqlayıb.

Nəşrin məlumatına görə, ötən həftə baş verən dörd hücumdan sonuncusu nəticəsində 3 ABŞ hərbçisi həlak olub, daha bir neçə nəfər isə yaralanıb.

Müharibə başlayandan itkilər artır

Qəzetin hesablamasına görə, fevralın 28-dən bəri davam edən qarşıdurma zamanı 18 ABŞ hərbçisi həlak olub, təxminən 550 hərbçi isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Pentaqon ittihamları rədd edir

New York Times qeyd edir ki, ABŞ-nin İrana qarşı əməliyyatları yenidən genişləndirməsindən sonra Pentaqon hərbi strategiya və itkilərlə bağlı məhdud məlumat paylaşır.

Pentaqonun sözçüsü Şon Parnell ABŞ ordusunun itkiləri gizlətməsi ilə bağlı iddiaları rədd edərək bunları əsassız ittiham adlandırıb.

ABŞ müdafiə naziri Pit Heqset isə İordaniyada həlak olan hərbçilərin ölkəsinin mövqeyini dəyişməyəcəyini və əməliyyatların davam etdirilməsi əzmini artırdığını bildirib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş