Amerika-İran Müharibəsinin Xronologiyasına Qısa Baxış

4 Dəq Oxuma Müddəti

1-İki aylıq müddətdə nələr baş verdi

a) İlk strategiya xalqı ayaqlandırmaq idi. Xalq cavabını verdi və verir

b) İkinci strategiya qorxutma və təhdidlərlə ciddi olduğunu göstərmək istədi. Heç biri işə yaramadı.

c) Üçüncü strategiya Rəhbəri şəhid edərək təslim olacaqlarını düşündü, olmadı. Bütün bombardmanlar və silahlı hücumlar qarşısında gözləmədiyi silahlı bir cavab görüncə geri addım atdı.

Bu birinci mərhələdə anlaya bilmədikləri və öncədən görə bilmədikləri şey bu idi; Bir ölkənin əvvəlindən sonuna qədər kadrları şəhid etdilər amma hələ də dimdik ayaqda durur. Niyə təslim olmur?

2- Müharibəni ikinci mərhələyə daşıdılar: Amerika danışıqlara müraciət etmək məcburiyyətində qaldı;

a) Sahədə ala bilmədiyini masada almağa çalışdı

b) Vasitəçiləri işə salaraq İranı təslim olmağa məcbur etmələrini istəyir.

c) Vasitəçilər İranı inandırmağa çalışırlar; hiylə və yalanlarla İranı masaya oturtmağa və güzəştə məcbur edirlər. “Gəl güzəşt et, bu müharibə bitsin, yoxsa daha pis olacaq.”

Nəticə nə oldu; Amerika və vasitəçi dostları yenə də hüsrana uğradılar.

3- Müharibənin üçüncü mərhələsində strategiyalar müharibəsinə çevrildi. Geosiyasi üstünlüyün İranın əlində olduğunu Amerika da bilirdi və bunu İranın əlindən almaq istəyir.

– İran, Amerika və Qərb cəmiyyətlərinin zəif nöqtəsinin iqtisadiyyat və başda enerji olduğunu bilir. Onların iqtisadiyyatına vurulacaq ən kiçik zərbə belə onları məğlub etməyə kifayət edərdi.

– İranın əlində Hörmüz boğazı kartı var, dünyanın can damarı olan iqtisadiyyat və enerji boğazını sıxır.

– Amerika isə Körfəz blokadası ilə İranın iqtisadiyyat boğazını sıxır.

– Hansı zərər edər? İranın iqtisadi problemi var; 40 ildir embarqo, müharibə və hər cür məhdudiyyət var amma qlobal iqtisadi çətinliklərlə müqayisədə çox da bir şey sayılmaz. Azdan az, çoxdan çox gedər.

İndi İran geosiyasi üstünlüyünü istifadə edərək Hörmüz boğazını, yəni dünya iqtisadiyyatının boğazını sıxmış vəziyyətdədir, Amerika boğulmaqdan qurtulmaq üçün Körfəzi blokadaya almışdır, dolayısıyla müharibə strategiyalar müharibəsinə çevrilmişdir.

Strategiyalar müharibəsində iki mühüm nöqtə vardır; “düşmənə qarşı strategiya inkişaf etdirmək” və “düşmənin strategiyasına qarşı anti-strategiya” inkişaf etdirmək.

Amerika hər cür strategiya inkişaf etdirə bilir amma İranın strategiyasına qarşı anti-strategiya inkişaf etdirə bilmir.

4- Bir ölkənin əvvəlindən sonuna qədər kadrlarını şəhid edirsiniz, hər cür embarqo tətbiq edirsiniz hələ də dimdik ayaqda durur, niyə təslim olmur?

– İnsan köçü yoxdur

– Daxili üsyan və qarışıqlıq yoxdur

– Liderlik kadrlarında bir çatışmazlıq yoxdur

– Hərbi sahədə bir axsama yoxdur

– Xalq səviyyəsində normal həyat davam edir

Bunun cavabını bəşəri ideologiyaların doktrinaları ilə verə bilməzsiniz. Dünyanı heyrətləndirən də budur, heç kim anlamır, dərk edə bilmir. İran necə ayaqda durur?

5- Dünyanın anlamadığı, dərk edə bilmədiyi mövzulardan biri də Rəhbər Ayətullah Müctəbanın yaşayıb-yaşamadığıdır. Dövlətin gizli şəkildə idarə olunması

– Yaşayırmı yaşamırmı?

– Yaşayırsa niyə hər hansı bir səs yazısı və görüntüsü yoxdur?

– Yaşamırsa bu ölkəni kim idarə edir? İnqilab keşikçiləri hərbi çevriliş edib, ordu idarə edir,

– Amerika nə deyir, İranda diqqətə alan yoxdur, qərar verəcək məqam yoxdur, çoxbaşlılıq var. Biri bir şey deyir, digəri başqa bir şey…

Bunun cavabını ancaq Vilayəti-fəqih sistemini anlayanlar bilər. Vilayəti-fəqih bir sistemdir; istər gizli idarə etsin, istər aşkar idarə etsin.

Bu sistem, Hz. Mehdinin (əf) qeybətdən aləmi idarə etməsini anlamaq üçün bir nümunədir.

Vilayət oxunda olanlar bütün qeybət prosesi boyunca qeybətdən idarə və yönəldilməyi bilməkdə və ona iman etməkdədir.

Canlını qoyub ölüyə təqlid edənlər bunu anlaya bilməzlər.

Küfr, şirk, tağut vadisində olanlar isə heç anlaya bilməzlər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş