ABŞ 2015-ci ildə Hərtərəfli Birgə Fəaliyyət Planı anlaşmasından çıxdığı üçün görüşlərdə birbaşa iştirak etməyəcək və ABŞ beləcə müttəfiqlərinin görüşlərlə bağlı verəcəyi hesabatlarla kifayətlənəcək. ABŞ-ın İran Xüsusi təmsilçisi Rober Malleyin ifadəsilə İranlılar bu prosesdə amerikalılarla ayrıca görüşmələri rədd etdilər. Malley sözlərinin davamında “Əvvəl dediyimiz kimi iki ölkə təmsilçilərinin üz-üzə görüşməməsi durumunda bu görüşlərdən bir nəticə gözləmələri hədərdir”, deyə təhdid etdi.
İranın tutduğu düzgün mövqe və ABŞ-ın İran üzrə xüsusi nümayəndəsinin açıq-aydın açıqlamaları da göstərir ki, İran danışıqlarda Həsən Ruhani dövründə olduğu kimi tələsik hərəkət etməyəcək və dərhal nəticə əldə etmək niyyətində deyil. Axı İranla ABŞ arasında danışıqlardan konkret nəticə gözləmək aldanmaq olardı. Görünür, İran bu prosesdə müəyyən və daimi təminatlar almayana qədər heç bir yeni öhdəlik götürməyəcək. Bu danışıqlarda İranın əli ABŞ-dan güclüdür. Çünki BHFP (Birgə Hərtərəfli Fəaliyyət Planı) razılaşmasından çıxan ABŞ, sazişdəki öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, bu razılaşmadan heç bir fayda görməyən İrandır.
Tərəflər danışıqlar masasına oturub bir-birlərinə müvəqqəti güzəştlər etsələr belə, bu yekun nəticənin əldə olunması razılaşma kimi qəbul edilməməlidir və əslində onların belə bir iradəsi, gözləntiləri yoxdur. Bu optimist nəticə o zaman mümkün ola bilər ki, tərəflərdən biri məğlubiyyəti qəbul edib təslim olsun və belə bir şey olmadığından heç kimin boş gözləntilərə sahib olmasına ehtiyac yoxdur.
İyirmi ilə yaxındır davam edən nüvə danışıqlarının təcrübəsi göstərdi ki, iki ölkə arasındakı münaqişədə sanksiyalar ABŞ-ın əlində ən təsirli silahdır. İranın silahı isə səbirli mövqeyi, sanksiyalara qarşı müqavimətdir.
ABŞ danışıqlardan nə gözləyir?
Amerika tərəfi təzyiqləri artırmağı, İranın nüvə texnologiyasında irəliləyişini pozmağı və raketdən müdafiə texnologiyası ilə İranın regional təsirini danışıqların gündəliyi ilə məhdudlaşdırmağı planlaşdıması şübhəsizdir. Yeri gəlmişkən, on il ərzində əvvəlcə HBFP (Hərtərəfli Birgə Fəaliyyət Planı) sazişini imzalayaraq (2015-ci il), sonra isə onu geri götürərək (2018-ci il) bu istəklərinə qismən nail olduğunu söyləmək olar. Çünki bu razılaşma çərçivəsində İran qarşı tərəfin dürüstlüyünü sınamadan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək nüvə texnologiyasını geniş miqyasda dayandırdı, ABŞ isə İrana qarşı sanksiyaları ləğv etmək öhdəliyini yerinə yetirmək bir yana, onlarla yeni sanksiyalar tətbiq etdi.
ABŞ-da 2020-ci ildə keçirilən seçkilərdə hakimiyyətə gələn Bayden, Donald Tramp dövründə birtərəfli qaydada ABŞ-ın sazişdən çıxmasından sonra danışıqlar istəməsi və avropalı dostlarına bu yöndə təzyiq etməsi heç də təəssüfləndiyinə görə deyil. Bu ona görədir ki, o, pik həddə çatan sanksiyaların təsirlərinin zamanla azaldığını görüb və İranı daha on il müddətinə başını qatmaq istəyindədir. Əks halda, ABŞ hamıdan yaxşı bilir ki, İran nüvə silahı hazırlamaq istəmir və belə bir niyyəti olsaydı, buna nail ola bilərdi.
Birləşmiş Ştatlar sanksiyaların uğurlu olacağına və İranın nüvə texnologiyasını və ümumilikdə inkişafını dayandıra biləcəyinə əmin olsaydı, heç vaxt yenidən danışıqlara getməzdi. Dəyişən sinus əyrisi kimi görünən sanksiyaların təsiri həmişə eyni səviyyədə qalmadığından müəyyən müddətdən sonra yeni taktikalara baş vurmaq lazımdır. Burada ABŞ İrana təzyiqi saxlamaq strategiyasında yeni bir taktika kimi danışıqlar masasına oturmaqda israrlıdır və onun başqa yolu yoxdur. “Bizim masada başqa variantlar var (hərbi!)” kimi şüarları köhnəlmiş manevrlərdir və artıq İran tərəfindən ciddi qəbul edilmir. Bu təbliğatlar 15-20 il əvvəl təsirli ola bilərdi, amma indiki şəraitdə heç kim ABŞ-ın belə bir gücə və cəsarətə malik olduğuna inanmır. Əfqanıstandan qaçan, İraqı tərk etməyə hazırlaşan, Suriyadan necə çıxacağını hesablayan, ən yaxın müttəfiqləri ilə münasibətdə belə keçmiş əzəmətini itirən ABŞ İrana hücumun dəhşətli nəticələrini hesablamamış deyildir.
Çin və Rusiya danışıqlardan nə gözləyir?
Rusiya və Çinin danışıqlara başlamaq üçün bu qədər istəkli görünməkdən daha çox təşviq etmələri və HBFP (Hərtərəfli Birgə Fəaliyyət Planı) sazişini dirçəltmək üçün Qərbdən daha çox səy göstərmələri bu iki ölkənin maraqları çərçivəsində qiymətləndirilməlidir.
Çin və Rusiyanın danışıqları yenidən aktivləşdirməklə əsas məqsədi ABŞ-la yaxın gələcəkdə anlaşa bilməyən İranı bir tərəfdən idarə olunan ölkəyə çevirmək, digər tərəfdən İrana qarşı sanksiyaların təzyiqini aradan qaldırmaqla və ya heç olmasa azaltmaqla bu ölkəyə ehtiyacı olan silahları satmaqdır(Rusiya), İranın enerji resurslarından yararlanmaq (Çin) və ikitərəfli əlaqələri artırmaqla İranı öz tərəfinə çəkməkdir.
Əlbəttə bu iki ölkənin İranı ABŞ və onun xətti ilə hərəkət edən dövlətlərin qarmaqlarından qurtarmaq və ya beynəlxalq hüquq və qaydaları ayaqda tutmaq üçün çalışdılarını düşünmək sadəlövhlük olardı. İsrailin Fələstin xalqına qarşı törətdiyi cinayətlər, İranın nüvə alimlərinə və nüvə obyektlərinə birbaşa hücumları və Suriyada İranın təsirində olan bazalara dolayı yolla hücumları, səudiyyəlilərin məzlum Yəmən xalqına qarşı cinayətləri qarşısında onların susqunluğu, özlərini görməməzliyə vurmaları, əlaqələrini qatil rejimlərlə hər gün daha da inkişaf etdirmələri bu fikrin açıq-aşkar sübutudur.
İranın danışıqlarda gözləntiləri və üstün mövqeyi
ABŞ-ın hansı niyyət və planlar həyata keçirdiyindən xəbərdar olan İran tərəfi indi başa düşür ki, danışıqlardan heç bir real nəticə əldə etməyəcək. İranın məqsədi zalım düşmənin rəhmətini gözləmək əvəzinə, sanksiyalarla yaşamaq, iqtisadiyyatını ayaqda saxlamaq, bu şərtlər daxilində inkişafını davam etdirməkdir. İran görüşləri diqqətə almamaqla yarana biləcək daxili və xarici ictimai təzyiqi azaltmağı da nəzərə almaqdadır. Çünki İran bütün bu təcrübədən sonra rahat buraxılmayacağını bilə-bilə nüvə texnologiyasının bəhanə kimi ona qarşı təzyiq kimi istifadə olunduğu yaxşı bilir.
Masa arxasında güclü olmağın vacibliyini nəzərə alan İran bu dəfə Vyanada başlayan danışıqlara güclü “silah”larla gedir.
ABŞ-ın sazişdən çıxmasından sonra Avropa sazişi tərəflərinin iki illik gecikdirmə taktikasını unutmayan və razılaşmanı həyata keçirmək üçün heç bir cəhd etmədiklərini yadında saxlayan İran öhdəliklərini yerinə yetirən tərəf kimi üstün vəziyyətdədir. İlk növbədə dəyən ziyanın ödənilməsini istəyəcək, heç olmasa, gözə çarpan vəziyyətin bir daha təkrarlanmaması üçün müəyyən təminatlar tələb edəcəkdir.
Ən əsası, İran son bir ildə uranın zənginləşdirilməsi üzrə fəaliyyətini sürətləndirib və 25 Kq-a qədər uranı 60% zənginləşdirməyə nail olub. Nüvə silahlı və döyüş başlığı üçün lazım olan 90% zənginləşdirmə səviyyəsinə çatması üçün ən çox bir ay vaxt lazımdır. Bu vəziyyət ABŞ və İsrail olmaqla imperial gücləri narahat edir. İran da danışıqlarda bunları masaya qoyacaq, zənginləşdirmənin dayandırılması müqabilində sanksiyaların aradan qaldırılmasını tələb edəcək. ABŞ və müttəfiqləri İranın tələblərinə qismən də olsa müsbət cavab verməlidir. İndiki vəziyyət belə davam edərsə, bundan əziyyət çəkəcək tərəf beynəlxalq imperializm sistemidir. Çünki çətinliklərlə üzləşməyə öyrənən, müstəqilliyi üçün indikindən daha ağır şərtlərə hazırlaşan İrana bundan artıq nə edə bilərlər?
ABŞ başda olmaqla Qərb, hətta dost kimi görünən və öz maraqlarını güdən, digər danışıqlar aparan ölkələr də, İranın elmi-texniki tərəqqisinə, o cümlədən nüvə texnologiyasına dözə bilməməkdədirlər. Onlar İranın yeni sivilizasiya qurmaq, qeyri-regional güclərin, o cümlədən İsrailin hökmranlığına son qoymaq, İslam dünyasının dirçəlişinə töhfə vermək və bu kimi planlarından xəbərdardırlar və bunu gecikdirmək üçün İrana bəzi müvəqqəti də olsa güzəştə getmək məcburiyyətində olduqlarını düşünürlər.
Bu vəziyyət nə vaxta qədər davam edəcək?
Nisbi tarazlıq yaranana qədər.
İranın güclənməsi, önəmli sahələrdə yetərli duruma gəlməsi və ABŞ-ın tək başına bir şey edə bilməyəcəyi zamana qədər...