Yəməndən İsrailə uçuşları bərpa etmək istəyən aviaşirkətlərə xəbərdarlıq

Yəməndən İsrailə uçuşları bərpa etmək istəyən aviaşirkətlərə xəbərdarlıq

Yəmənli yüksək səviyyəli mənbə Əl-Məyadin televiziyasına müsahibəsində vurğulayıb ki, işğal olunmuş ərazilərdəki Ben Qurion hava limanına uçuşları bərpa etməyi planlaşdıran aviaşirkətlər planlarını dəyişməli və Yəmən silahlı qüvvələrinin xəbərdarlıqlarına diqqətlə qulaq asmalıdırlar.

Az.rasthaber.com xəbər verir ki, “Yəmən silahlı qüvvələri sionist rejimə qarşı hava blokadası tətbiq etməkdə qərarlıdır və bu, təkcə Ben Qurion hava limanı ilə məhdudlaşmır”.

Yəmənli mənbə deyib: "Yəmən raket və pilotsuz təyyarələrinin Ben Qurion hava limanına və işğal olunmuş ərazilərin səmasına doğru yolu sabitdir. İşğal olunmuş ərazilərin səmasına sızma müvəqqəti hadisə deyil və davam edəcək.

Silahlı qüvvələr və Yəmən xalqı düşmənin psixoloji müharibəsi və təhdidlərindən narahat deyil”.

Xəbəri paylaş

VİDEOLAR