PKK ötən həftə topladığı qurultaydan sonra verdiyi yekun bəyannamədə silahı yerə qoyub, özünü ləğv etdiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, PKK bu gün elan edib ki, silahı yerə qoyub, özünü dağıtmaq qərarına gəlib.
PKK lideri Abdullah Öcalanın “silahlarınızı yerə qoyun” çağırışından sonra PKK qurultayını topladığını açıqlayıb. PKK açıqlamasında "təşkilati strukturunu ləğv etmək və silahlı mübarizə üsuluna son qoymaq qərarına gələrək PKK adı altında həyata keçirdiyi fəaliyyətinə son verdiyini" bildirib.
MHP sədri Dövlət Baxçalının çağırışı ilə başlayan “Terrorsuz Türkiyə” adlı prosesdə PKK-nın özünü dağıtması və silahı yerə qoyması çağırışı İmralıdan gəlib.