Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatının (UNRWA) baş komissarı Filip Lazzarini, Qəzzaya üç həftədən artıqdır ki, humanitar yardımın olmadığını, müharibənin başlanmasından bəri ən uzun müddətdir ki, yardımsız qaldığını bildirib.
Sionist İsraildə ehtiyatda olan yüzlərlə zabit və əsgər Qərargah rəisi Eyal Zamirə qeyri-adi məktub göndərərək, atəşkəsi pozan və Qəzza zolağına hücumları bərpa edən İsrail ordusunun Qəzzada axsamağa başladığını bildirib.
Həmas lideri Mahmud Mərdavi Fələstin qruplarının sionist İsrailin Qəzzada hücumlarına qarşı müqavimətini davam etdirəcəyini və danışıqlar prosesini məsuliyyətlə davam etdirəcəyini bəyan edərək, beynəlxalq ictimaiyyəti ikili standartlardan əl çəkməyə və ədalət üçün konkret addımlar atmağa çağırıb.
Yəmənin Ənsarullah Hərəkatı sionist İsrailin paytaxtı Təl-Əvivdə Ben Qurion hava limanına və hərbi hədəflərə hücumlar həyata keçirdiklərini açıqlayıb. Husi sözçüsü Yəhya Seri Qırmızı dənizdəki ABŞ təyyarə gəmilərinin də ballistik raketlər və İHA-larla vurulduğunu bildirib.