HƏMAS hərəkatının hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü bazar ertəsi günü Amerika vətəndaşlığı olan bir sionist əsiri azad edəcəyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə elan edib: Briqadalar bu gün əsir götürülmüş sionist əsgər, Amerika vətəndaşlığına malik Eydan Aleksandrı azad etmək qərarına gəliblər.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bir mesajında işğal olunmuş ərazilərdə yaşayan, eyni zamanda Amerika vətəndaşlığına malik olan əsir İsrail əsgəri Eydan Aleksandrın tezliklə azad ediləcəyini açıqlamışdı.
Tramp bunun baş verməsində rolu olan hər kəsə də təşəkkür edib və əlavə edib: Bu addım Qəzzada bu çox amansız müharibəyə son qoymaq və bütün girovları (sionist əsirləri) diri və ya ölü geri qaytarmaq üçün ABŞ və Qətər və Misirin vasitəçilik səylərinə qarşı yaxşı niyyətlə atılıb.
Qəzza zolağında HƏMAS hərəkatının rəhbəri daha əvvəl verdiyi açıqlamada atəşkəs bərqərar edilməsi səyləri çərçivəsində Eydan Aleksandrın azad ediləcəyini açıqlamışdı.