Ulyanov bu üç ölkənin İran haqqında çıxışını yersiz adlandırıb

Ulyanov bu üç ölkənin İran haqqında çıxışını yersiz adlandırıb

Avropa üçlüyünün bugünkü bəyanatından sonra Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov bu bəyanata reaksiya verərək bunun uyğun olmayan vaxtda verilən uyğunsuz bəyanat adlandırıb.

Az.rasthaber.com xəbər verir ki, Ulyanov Twitter hesabında bu bəyanata işarə edərək yazıb ki: “Bu tamamilə yersiz və zamansız idi". "Vyana danışıqlarının kritik anında və Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurasının iclası ərəfəsində bu lazım olmayan zamansız bəyanat idi."

Daha əvvəl Wall Street Journal-ın müxbiri Lourens Norman məlumat verib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurasının gələn həftə keçiriləcək iclasında İrana qarşı heç bir qətnamə verilməyəcəyini bəyan etmişdi.

Lakin bir neçə saat əvvəl Avropa Üçlüyü bəyanatında sanksiyaların ləğvi və BHFP-nin canlandırılması ilə bağlı danışıqlara dair iddialarını bir daha təkrarlayaraq İran əleyhinə mövqelərini və iddialarını səsləndiriblər

Avropa üçlüsü iddialarında İranın son mövqelərinin nüvə sazişinə qayıtmaqda ciddi şübhələr yaratdığını deyiblər. İranın son mövqelərinin onun beynəlxalq öhdəliklərinə uyğun gəlmədiyini və BHFP-nin canlandırılması perspektivini təhdid etdiyini deyiblər.

Xəbəri paylaş

VİDEOLAR