Qatil İsrail ordusu Livanın cənubuna intensiv hücumlara başladığını elan edib

Qatil İsrail ordusu Livanın cənubuna intensiv hücumlara başladığını elan edib

İsrail ordusu Livanın cənubuna intensiv hava zərbələri endirib.

Az.rasthaber.com xəbər verir ki, İsrail mərkəzli Kanal 14 hücumları “Təyyarələrimiz Livanda qeyri-adi hücum dalğası başlatdı” başlığı ilə xəbər verib.

Əldə edilən məlumata görə, hücumlar xüsusilə Livan vadisində cəmlənərkən, ölkənin cənub bölgələri də hədəfə alınıb.

Livanın NNA xəbər agentliyində yer alan xəbərə görə, İsrail döyüş təyyarələri Livanın cənubundakı Nəbatiyə şəhərinin Kəfərməlaki qəsəbələrini, İqlim əl-Tuffah bölgəsini, Əl-Zarariya vadisini, Əl-Qasimiyyə bölgəsindəki Reddi və Əl-Mətəriyyə qəsəbələrini və Ər-Qasımiyyə bölgəsinin Əl-Mətariyyə qəsəbələrini və Ərhəlzi şəhərini intensiv şəkildə hədəfə alıb.

Bəzi bölgələrdə hücumların təkrarlandığı bildirilib.

İsrail ordusu Baalbek şəhərinin qərbində yerləşən Bəvadi qəsəbəsini də 3 hava hücumu ilə vurub.

İsrail ordusu hələlik mövzu ilə bağlı açıqlama verməyib.

İsrail və Livan arasında 27 noyabr 2024-cü ildə qüvvəyə minən atəşkəsə baxmayaraq, İsrail ordusunun Livanın cənubuna havadan və qurudan hücumları demək olar ki, hər gün davam edir.

Atəşkəs qüvvəyə minəndən bəri İsrail təxminən 3000 pozuntuya yol verib, nəticədə ən azı 213 nəfər ölüb, 508 nəfər yaralanıb.

İsrail ordusu Livanın cənubundan qismən geri çəkilsə də, son toqquşmalarda ələ keçirdiyi beş strateji təpəni işğal etməkdə davam edir.

Xəbəri paylaş

VİDEOLAR