Qəzzada atəşkəsə nail olmaq üçün Təl-Əviv və HƏMAS arasında dolayı danışıqların birinci raundu Qətərin paytaxtı Dohada heç bir irəliləyiş əldə olunmadan başa çatıb.
Az.rasthaber.com xəbər verir ki, "Russia Today"-ə danışan iki fələstinli mənbə bildirib ki, danışıqlar indiyədək nəzərəçarpacaq nəticə əldə etməyib və danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb.
Digər tərəfdən, HƏMAS-ın əvvəlcə Qətərin 60 günlük atəşkəs təklifinə müsbət yanaşdığı bildirilir. Təklifdə sionist rejim ordusunun Qəzza sərhəddindəki bufer zonasına çıxarılması və 10 sionist məhbusun azad edilməsi və 18 nəfərin cəsədinin geri qaytarılması müqabilində bölgəyə geniş miqyaslı humanitar yardımların daxil olması tələb olunub.
Təklifdə həmçinin müvəqqəti atəşkəs dövründə daimi atəşkəs üçün danışıqlara başlanılması da yer alıb.