Türkiyənin C-400 almasına daha bir ölkədən etiraz

Türkiyənin C-400 almasına daha bir ölkədən etiraz

ABŞ-ın ardından Böyük Britaniya da Türkiyənin Rusiyadan C-400 raket sistemlərinin almasına etirazını bildirib.

Rasthaber Azərbaycan “Deutsche Welle ” portalına istinadla xəbər verir ki, bu barədə Britaniyanın Ankaradakı səfiri Dominik Çilkot bəyan edib.

Videokonfrans vasitəsi ilə jurnalistlərin qarşısına çıxan diplomat Britaniya və Türkiyə arasında azad ticarət haqqında imzalanan suala cavab verərkən Ankaranın C-400 sistemlərini almasının NATO-nun raket əleyhinə müdafiəsinə problemlər yaratdığını da vurğulayıb.

Çilkot qeyd edib ki, Türkiyə NATO-nun üzvüdür. Alyansa daxil olan ölkələr isə Rusiyadan hər hansı bir hərbi texnikanın alınmamasına dair birgə qərar qəbul ediblər.
“Türkiyə Rusiya ilə deyil, öz müttəfiqləri ilə əmkdaşlıq etməlidir”, – səfir deyib.

Xatırladaq ki, Rusiya istehsalı olan C-400 zenit-raket qurğuların Türkiyəyə istehlakı ötən ilin iyulundan başlayıb.

Xəbəri paylaş

VİDEOLAR