Trampın impiçmenti barədə qətnamə Senata təqdim edilib

Trampın impiçmenti barədə qətnamə Senata təqdim edilib

ABŞ Konqresinin Trampın impiçmenti barədə qətnaməni Senata təqdim ediblər.

ABŞ Konqresinin aşağı palatasının nümayəndələri sabiq prezident Donald Trampın impiçmenti barədə qətnaməni Senata təqdim ediblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ölkə tarixində ilk dəfə olaraq hakimiyyətdən kənarlaşdırma proseduru iki dəfə eyni prezidentə qarşı həyata keçirilir.

Məlumata əsasən, qətnamə bir ittiham maddəsindən ibarətdir - üsyana təhrik.

Qeyd edilir ki, impiçment üzrə prosesin özü fevralın 8-dən sonra başlayacaq.

Xəbəri paylaş

VİDEOLAR