Sionist rejimin ordusunda yaranan İran qorxusu

Sionist rejimin ordusunda yaranan İran qorxusu

Sionist rejim mediası İsrail ordusunun işğal olunmuş Fələstinin şimal bölgələrində maksimum ayıq-sayıq olmağa davam etdiyini bildirib.

Az.rasthaber.com "İRNA"ya istinadən xəbər verir ki, Əl-Məyadinin məlumatına görə, İsrail ordusu Fələstinin şimal bölgələrində maksimum ayıq-sayıqlığı davam etdirmək qərarına gəlib.

Məlumata görə, İranın İsrailin Suriyaya son hava hücumlarına cavab veriləcəyini bildirməsinin və İnqilab Keşikçiləri Korpusunun Müqəddəs Məqbərələri qoruyan iki zabitinin şəhid olmasından sonra sionist rejimin ordusu həyəcan vəziyyətində qalmağa davam edəcəyini bildirib.

İsrail ordusu, reijmin Dəməşq yaxınlığındakı son hücumuna İranın mümkün cavabından ehtiyat edərək bir neçə gün əvvəl hazır olduğunu bəyan etmişdi.

Xatırladaq ki, İnqilab Keşikçiləri Korpusu bazar günü səhər, raket hücumu zamanı sionist rejimin Ərbildəki casusluq mərkəzini hədəf aldıqlarını bildirib.

İnqilab Keşikçiləri Ordusu, sionistlərin sui-qəsd və şərrin strateji mərkəzinin dəqiq raketlərlə hədəfə alınmasına toxunaraq bildirib:

"İstənilən pisliyin təkrar baş verməsi halında düşmən sərt, qətiyyətli və dağıdıcı reaksiyalarla üzləşəcək".

Xəbəri paylaş

VİDEOLAR