Oğurluq hadisəsi Hikmət Mirzəyevin deyil, yaxın qohumunun evindən edilib

Oğurluq hadisəsi Hikmət Mirzəyevin deyil, yaxın qohumunun evindən edilib

Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin evindən oğurluq edilməsi iddiası ilə bağlı yeni təfərrüat məlum olub.

Az.rasthaber.com xəbər verir ki, hüquq-mühafizə orqanlarından bildirilib ki, hadisə generalın yaxın qohumunun evində baş verib.

Belə ki, H.Mirzəyevin yaxın qohumunun Abşeron rayonu ərazisində yerləşən evindən oğurluq edilib.

Hazırda faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə H.Mirzəyevin evindən oğurluq edilməsi ilə bağlı məlumat yayılmışdı. Daha sonra Daxili İşlər Nazirliyi məlumatı təkzib etmişdi.

Xəbəri paylaş

VİDEOLAR