New York Times yazarı “İran agenti” ittihamı ilə həbs olundu

New York Times yazarı “İran agenti” ittihamı ilə həbs olundu

ABŞ-ın “New York Times” qəzetində çoxsaylı məqalələrin müəllifi Kave Əfrasiabi İran agenti olmaqda ittiham edilib.

Rasthaber Azərbaycan “WB”ya istinadla verdiyi xəbərə görə, özünü “Tehran universitetinin sabiq müəllimi” kimi təqdim edən Əfrasiabi həbs edilib. Bununla bağlı ABŞ Ədliyyə nazirliyi məlumat yayıb.

Onun “İran hökumətinin gizli agenti” kimi ittiham irəli sürülüb. Həmçinin qeyd olunur ki, 2007-ci ildən etibarən İranın BMT-dəki daimi nümayəndəliyi Əfrasiabinin bank hesabına 265 milyon dollar köçürüb.

Əfrasiabinin 1957-ci ildə İranda doğulduğu, 1973-cü ildə isə ABŞ-a köçdüyü bildirilir.

Xəbəri paylaş

VİDEOLAR