İsrailin kəşfiyyatı "Mossad"ın direktoru David Barnea İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası ilə bağlı riskləri müzakirə etmək üçün bu gün ABŞ-a səfər edəcək.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Yair Lapid yəhudi dövlətinin Nazirlər Kabinetinin həftəlik iclasında məlumat verib.
"Ötən çərşənbə günü ABŞ prezidenti Co Baydenlə söhbətimdən sonra "Mossad"ın direktoru İran razılaşmasının yaratdığı təhlükələrlə bağlı mövqeyimizi ABŞ administrasiyasının diqqətinə çatdırmaq üçün Vaşinqtona bir sıra görüşlər keçirməyə yola düşəcək", deyə Lapid bildirib.
Onun sözlərinə görə, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ilə bağlı İsrail tərəfindən irəli sürülən məqamlar Amerika administrasiyası tərəfindən nəzərə alınıb.