Klintona məxsus şirkət PKK haqqında serial çəkəcək

Klintona məxsus şirkət PKK haqqında serial çəkəcək

Klintona məxsus prodüser şirkəti PKK-nın Kobanidəki (Suriya) qadın terrorçuları haqqında bəhs edən kitab əsasında teleserial çəkilişlərinin hüquqlarına sahib olublar.

ABŞ-ın sabiq prezidenti Bill Klinton və sabiq dövlət katibi Hillari Klintonun qızı Çelsi Klintona məxsus prodüser şirkəti PKK-nın Kobanidəki (Suriya) qadın terrorçuları haqqında bəhs edən kitab əsasında teleserial çəkilişlərinin hüquqlarına sahib olublar.

Rasthaber Azərbaycan  AA-ya istinadla xəbər verir ki, film “Kobani qızları: üsyan, şücaət və ədalət tarixçəsi” adlı əsər əsasında lentə alınacaq və PKK terrorçularının İŞİD-lə döyüşlərindən söz açacaq.

Qeyd edək ki, Hillari Klintonla qızı Çelsi “HiddenLight Production” prodüser şirkətini 2020-ci ildə dramatik və sənədli filmlərin yaradılması məqsədi ilə ərsəyə gətiriblər.

Xatırladaq ki, Suriyanın Kobani şəhəri uğrunda döyüşlər İŞİD-lə PKK terror təşkilatları arasında 2014-cü ilin oktyabrından 2015-ci ilin yanvarına qədər davam edib.

Xəbəri paylaş

VİDEOLAR