İsrail işğal altındakı Şərqi Qüdsdə fələstinlilərə məxsus 3 evi, tikinti icazəsi olmadığı bəhanəsi ilə dağıdıb.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Fələstindəki “Vadi Hilva İnformasiya Mərkəzi” adlı qeyri-hökumət təşkilatı bu barədə məlumat yayıb.
Məlumata gğr/ İsrail Qüdsün Silvan, Tur qəsəbəsi və cənubda yerləşən Cəbəl-əl Mukebbirdə fələstinlilərə aid 3 evi dağıdıb.
Bələdiyyənin iş maşınları evləri sökmə işini İsrail qüvvələrinin himayəsi altında reallaşdırıb.
Silvandakı evi dağıdılan Mecdi Hillisi, Vadi Hilva İnformasiya Mərkəzinə açıqlamasında, tikinti icazəsi almaq üçün səlahiyyətli orqanlara dəfələrlə müraciət etdiyini, lakin tələbinə biganə qalındığını bildirib.
Dağıdılan evlərdə aralarında uşaqların da olduğu onlarla insanın yaşadığına diqqət çəkib.