“İran Azərbaycanı ən yaxşı qonşularından və dostlarından biri hesab edir”.
Az.rasthaber.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.
“İqtisadi Əməkdaşlıq Təşkilatının iclası çərçivəsində Azərbaycan və İran prezidentlərinin görüşü zamanı liderlər bir-birlərinə dəstəklərini ifadə etdilər”, - nazir bildirib.