İranın BMT-dəki nümayəndəsi NBC telekanalına müsahibə verib

İranın BMT-dəki nümayəndəsi NBC telekanalına müsahibə verib

İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi NBC telekanalına müsahibə verib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki,  İranın BMT-dəki nümayəndəsi Məcid Təxt Rəvançi çərşənbə axşamı səhər Amerikanın "NBC" kanalına verdiyi müsahibədə, General  Qasim Süleymaniin  terror edilməsindən danışıb.

O bildirib ki, bu sui-qəsd, terror cəzasız qala bilməz, həmçinin Süleymaninin terror qruplaşmaları ilə mübarizədə rolu danılmaz idi. 

İranın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi  İranın ABŞ ilə məhbusların mübadilə edilməsi mövzusuna da toxunub.

"Biz Hər iki tərəfin məhbus mübadiləsinə hazır olduğumuzu elan edirik. Həm İranda həbsdə olan məhbuslar, həm Amerikadakı məhbuslar, həmçinin Amerikaya ekstradisiya istənilənlərin məsələsinə baxa bilərik.", -deyə Rəvançi əlavə edib.

Təxt Rəvançi, nüvə razılaşması mövzusunda  ABŞ ilə danışıqların yenidən başlaması barədə isə "Top Amerika tərəfindədir. ABŞ 2018-ci ildə danışıqlar masasını tərk etdi, bu səbəbdən yeni prezidentin,  keçmiş rəhbərliyin nəticəsi və uğursuz siyasətlərini davam etdirməsi və ya yeni bir səhifə açmaq istəməsinə qərar vermək Amerika tərəfindədir. Hər şey ABŞ-ın yeni hökumətindən asılıdır.", -deyə qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR